İŞİD terror təşkilatı Raqqa şəhərində açıq edam həyata keçirib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, “Kürdüstan Vətənpərvər İttifaqı”nın media mərkəzi bildirib ki, İŞİD terrorçuları Suriyanın Raqqa şəhərinin 4 kürd döyüşçüsünün açıq edamını həyata keçiriblər.
“Suriya Demokratik Qüvvələri”nin (SDQ) döyüşçüləri hərbi əməliyyatlar zamanı İŞİD tərəfindən əsir götürülmüşdülər. Edam icra olunduqdan sora, onların başları hamını görə bilməsi üçün Raqqa şəhərinin mərkəzi müydanlarından biri olan Duar ən-Naimdə nümayiş etdirilib.
Qeyd edək ki, Raqqa şəhərinin azad edilməsi “Fərat Qəzəbi” əməliyyatını keçirən SDQ döyüşçülərinin əsas hədəfidir.
İŞİD 4 kürd döyüşçüsünü edam etdi