EURO 1,9483 NEFT 54,49
USD 1,8311 RUB 0,0308
  1. http://www.islamazeri.az/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:12.01.2017 14:58:24

Hər iki əsgərin cənazəsinin Türkiyə qoşunlarına təslim edildiyi öyrənilib...

"Fərat Qalxanı" Hərəkatı çərçivəsində keçirilən əməliyyatda İŞİD terror təşkilatı tərəfindən qaçırılan Kıvanç Kaşıkçı və Məhəmməd Duran Keskinin meyitlərinin təhvil alındığı bildirilib.

İslamazeri.az xəbər verir ki, İŞİD 29 noyabrda Suriyanın Əl-Bab şəhərinin qərbindəki Dana kəndi yaxınlığında türk əsgərlərinin avtomobillərinə hücum təşkil etmiş, yaralanan zabitlər 28 yaşlı Məhəmməd Duran Keskin ilə 24 yaşlı Kıvanç Kaşıkçını əsir götürmüşdü.

Adanalı Keskin və Çanakkaleli Kaşıkçı İŞİD-in de-fakto paytaxtı Rakkada yerin altındakı gizli bir sığınacağa aparılmışdı. Yaralı əsgərlərin sağaldıqdan sonra İŞİD həbsxanalarına qoyulacağı iddia edilmişdi.

"Habertürk"ün verdiyi xəbərə görə, Həmzə Diviziyası xarici işlər nümayəndəsi Əyyub Əhməd Ağa 41 gündür İŞİD-in əlində olan 2 əsgərin cənazəsinin təslim edildiyini söyləyib. Həmzə Diviziyasının 6 İŞİD əsirini də terror təşkilatına verdiyi bildirilib.

Hər iki əsgərin cənazəsinin Türkiyə qoşunlarına təslim edildiyi öyrənilib. Həmzə Diviziyasının əlində təxminən 60 İŞİD-çi terrorçunun əsir olduğu bildirilib.


İŞİD 2 türk əsgərin meyidini 6 əsir İŞİD-çi qarşılığında qaytardı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hindistanda məktəbliləri daşıyan avtobus dəhşətli qəzaya uğradı - VİDEO
    Qəza nəticəsində 60-a yaxın insan ölüb və yaralanıb.
     19.01.2017
    “Şəhidlərin qanlı paltarı bu gün də saxlanılır”
    "O zaman millətin oğulları dedilər ki, Kirovun heykəli Dağüstü parkdan götürülməlidir və şəhidlər orda dəfn olunmalıdır və belə də oldu”.
     19.01.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ