1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:14.11.2017 15:50:30

Bob Qeldof Suu Çii ilə bölüşdüyü Dublin Azadlıq Ordenini geri verib.

İrlandiyalı müğənni Bob Qeldof Myanma lideri Aunq San Suu Çii ilə eyni ordeni bölüşmək istəmədiyi səbəbilə Dublin Azadlıq Ordenini geri qaytarıb.

İslamazeri.com xəbər verir ki, mükafatını geri qaytarmaq üçün Dublin Bələdiyyə Sarayına gələn Qeldofu böyük bir mətbuat ordusu təqib edib.

Suu Çiiyə də verilən Dublin Azadlıq Ordenini təhvil verəcəyini bildirən Qeldof, "Arakanlı müsəlmanları etnik təmizləməyə məruz qoyan bir insanla heç bir əlaqəm olsun, istəmirəm" qiymətləndirməsini edib.

Müğənni Bob Qeldof çıxışda belə deyib: "Aunq San Suu Kyi bu şəhərdə çox böyük məmnuniyyətlə qarşılandı, amma sonradan qatilə çevrildi. BMT-nin soyqırım kimi qiymətləndirdiyi bir siyahıda onunla birlikdə ola bilmərəm."

Qeldof Dublin Bələdiyyə Məclisinin Suu Çiinin nişanını ləğv etməsi halında özünün ordeni yenidən qəbul edə biləcəyini də qeyd edib.

Suu Kyi 1999-da mükafata layiq görülmüş, amma bu ordeni 2012-də ala bilmişdi.

Digər tərəfdən, Oksford Bələdiyyə Məclisi də Suu Çiiyə təqdim etdiyi Oksford Azadlıq Ordenini keçən ay geri alma qərarı vermişdi.

Suu Çiinin 1964-1967-ci illərdə tələbə olduğu Oksford Universitetindəki portreti də nümayiş olunduğu yerdən götürülərək anbara qoyulmuşdu.


İrlandiyalı müğənni Myanma liderinə də verildiyi üçün ordeni geri qaytardı - ƏTRAFLI-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zimbabve prezidenti istefa verəcək
    Robert Muqabe Zimbabve prezidenti postunu tərk etməyə razılaşıb
     19.11.2017
    Bu gün İmam Rzanın (ə.s.) şəhadət günüdür
    mam Rza (ə) vətəni Mədinədən çox uzaqlarda, Xorasanın Tus şəhərində qərib halda şəhid olduqdan sonra şəhərin adını Məşhəd, yəni “şəhid olunan yer” qoyublar.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ