1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:07.07.2020 17:15:37

Mustafa əl-Kazımi Hişam əl-Haşiminin qətlilə bağlı həbs olunanların sərt cəza veriləcəyini bildirib

İslamazeri.com shafaqna-ya istinadən xəbər verir ki, İraqın Baş naziri Mustafa əl-Kazımi təhlükəsizlik məsələləri və terrorçuluqla mübarizə üzrə mütəxəssis Hişam əl-Haşiminin qətlində iştirak edənləri cəzanalandıracağına dair söz verib.

“Söz veririk ki, qatilləri təqib edəcəyik. Onlar layiqli cəzalarını çəkəcəklər”, - deyə o qeyd edib.

O bildirib ki, əl-Haşimi İŞİD terror təşkilatı ilə mübarizədə İraq Silahlı Qüvvələrinə əhəmiyyətli dəstək verib və o, ölkədəki ictimai fikri formalaşdıran görkəmli fiqur idi.

Xatırladaq ki, əl-Haşimi dünən axşam saatlarında evinin yanında silahlı dəstə tərəfindən güllələnərək qətlə yetirilib.

İraq prezidenti Bərham Saleh, İraq parlamentinin spikeri Məhəmməd əl-Həlbusi və “Həşdi Şabi” də qətli pisləyiblər.


İraqın Baş naziri terrorçuluqla mübarizə üzrə mütəxəssisin qətlindən danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan sərhədini qeyri-qanuni keçən əcnəbilər saxlanılıb - VİDEO
    Onlar 4-5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
     14.08.2020
    Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR
    Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.
     14.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ