1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:10.11.2018 18:46:36

Jurnalist İlkin Məmmədli sərbəst buraxıldı.

İki gün əvvəl saxlanılan jurnalist İlkin Məmmədli sərbəst buraxılıb. İslamazeri.com-a bu haqda dostları məlumat verib

***

"Turan" xəbər verir ki, jurnalist İlkin Məmmədli saxlanılıb. Bu baradə hüquq müdəfiəçisi Sanirə Ağayeva bildirib.

Dünən saat 17.00-da jurnalist İlkin Məmmədli Bakıxanov qəsəbəsindəki Asan xidmətində xarici pasport alması üçün getmisdir. Orada ona bildirdilər ki, pasport verilməyəcək, çünki ölkədən çıxışına qadağa qoyulub. Onu mühafizə otağına apararaq orada Sabunçu rayonun 13-cu polis bölməsinin əməkdaşlarının gözlənməsi xahiş olundu.

Təxminən 15 dəqiqədən sonra o, polis bölməsininə aparılaraq bir saatdan sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsi bildirildi.
Axşam saat 19-20 arasında atası və vəkili da İdarənin qabağına gəldilər. Sonda o, növbətçi hissəyə təhvil verildi və oradan bildirdilər ki, gecə orada qalacaq.

Bu gün saat 11.00-də vəkili və atası yenə İdarədən xəbər almağa çalışdılar. Vəkil nə ora buraxılmadı, nə də hansısa məlumat verilmədi.
İndiyənə qədər İlkinin hansı vəziyyətdə və dəqiq nəyə görə saxlanması və heç bir məlumatın verilməməsi ailə üzvlərinin ciddi narahatlığına səbəb olur.
Məlumat ombudsman aparatına, 102 xidmətinə çatdırılıb.

İlkin Məmmədli Nardaran hadisələri zamanı 22 sutka tutulmuş və bütün məhkəmələrə şahid qismində dəvət edilmişdir.


Jurnalist İlkin Məmmədli sərbəst buraxıldı - YENİLƏNDİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gecə döyüşləri: Düşmənin itirdiyi hərbi texnika, önəmli komandirlərin məhv edilməsi - MN İNFO
    Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verdi
     19.10.2020
    Prezident İlham Əliyev: Cəbrayılın 13 kəndi işğaldan azad edilib
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.
     19.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ