EURO 1,9369 NEFT 62,7
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.01.2019 12:26:34

Muhəmməd Halbusi İraq Parlamentində iki komissiyanı 2018-ci ildə İraqdan 3 heyətin İsrailə səfər etməsilə bağlı İsrail tərəfinin iddialarını araşdırması üçün tapşırıq verib.

İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, İraq Məclisinin sədri Muhəmməd Halbusi İraq Parlamentində iki komissiyanı 2018-ci ildə İraqdan 3 heyətin İsrailə səfər etməsilə bağlı İsrail tərəfinin iddialarını araşdırması üçün tapşırıq verib.

İsrail XİN-in sosial şəbəkə hesablarında 6 Yanvarda paylaşdığı açıqlamada son 1 ildə İraqdan gələn 3 ayrı heyətin İsrailə səfər etdiyini iddia etmişdi.

Paylaşımlarda İraqlı heyətlərin sünni və şiə müsəlmanlardan təşkil edildiyini və İraqda təsirli rola sahib olduqları qeyd edilirdi.

Mediada bildirilir ki, Muhəmməd Hablusi Məclisin Baş Məclisində təşkil edilən iclasda, İsrail XİN-in "İraqdan 15 nəfərlik 3 heyətin keçən il İsraili ziyarət etdi" kimi iddialarından sonra bu məsələnin araşdırılması üçün Təhlükəsizlik və Xarici işlər komissiyalarına təlimat verib.

İraq Məclisinin sədr köməkçisi Həsən Əl-Kəəbi, 7 yanvarda İraqdan 3 heyətin İsrailə səfər etməsilə bağlı İsrail tərəfinin iddialarının Məclinin Xarici Əlaqələr Komissiyası tərəfindən araşdırılmasını tələb edib.

"İşğal altındakı torpaqlara səfər etmə qırmızı xəttir" deyən Kəəbi, mövzunun müsəlmanlar üçün həssas olduğunu önə çəkib.

Xatırladaq ki, İraq və İsrail arasında hər hansı bir diplomatik əlaqələr yoxdur və İsrailin baş naziri Benyamin Netanyahu dəfələrlə İraqın da İran və Suriya kimi İsrailin Yaxın Şərqdəki düşmənləri siyahısında olduğunu bildirib.

Lakin ötən ay etdiyi açıqlamada Netanyahu Fələstin ilə hər hansı bir diplomatik əlaqələrin olmadığını, ancaq Ərəb ölkələrilə normallaşma prosesinin davam etdiyini də açıqlamışdı.

Qeyd edək ki, İrandan sonra İsrail əleyhinə etiraz, aksiyalar daha çox İraqda təşkil olunur.


İraqdan sünni-şiələrdən ibarət heyət İsrailə gedibmi? - İraq Parlamenti İsrailin iddialarını araşdırır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Taliban”dan Əfqanıstanda bombalı hücum: Onlarla ölü və yaralı
    "Taliban" terror təşkilatı Əfqanıstanda partlayış törədib.
     21.01.2019
    “Qaçqınkom”da Əli Həsənovun dövrünə dair ciddi pozuntular aşkarlandı - Materiallar Baş Prokurorluğa göndərildi
    Audit 2016-2017-ci illər və 2018-ci ilin birinci rübü üzrə ümumilikdə 515030,8 min manat vəsaiti əhatə edib.
     21.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ