EURO 2,0067 NEFT 74,29
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:11.06.2018 10:41:53

Bağdadda seçkilərdən sonra yığılmış seçki bülletenləri olan anbar yandırılıb

İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, Bağdadda seçkilərdən sonra yığılmış  seçki bülletenləri olan anbar yandırılıb. Məlumata görə, naməlum şəxslər Bağdadda seçki bülletenləri olan anbarlardan birinə od vura biliblər. Bu haqda açıqlama verən Daxili İşlər nazirliyinin sözcüsü Saad Maan 4 anbardan birinin yandırılmasını təsdiq edib, cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün xüsusi əməliyyat qruu yaradıldığını bildirib.

Məsələ ilə bağlı açıqlama verən İraqın baş naziri Heydər Abadi, seçki bülletenlərinin saxlanıldığı anbarın yandırılmasını "İraq və demokratiyayı hədəfə alan bir plan" adlandırıb. O həmçinin bu cür məkanların mühafizə edilməsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün güc strukturlarına göstəriş verib.

Seçkilərdən qalib çıxan Seyid Müqtəda Sədr də, açıqlama verərək yanğınla bağlı ciddi araşdırmaların vacib olduğunu bildirib. O açıqlaması zamanı hücumda təkfirçilərin ölkədə varlığını yada salaraq, yanğının məhz onlar tərəfindən törədilməsini istisna etməyib.

"Fəth" koalisiyasının sədri Hadi Əl Amiri məsələ ilə bağlı bildirib ki, yanğın  ölkədə daxili vətəndaş müharibəsi üçün həyata keçirilib.

"Təmkinli olmaq ən yaxşı yoldur və bəzi yerləri itirmək bütün ölkəni anarxiyaya sürükləməkdən daha yaxşıdır, İraqın təhlükəsizlik aparatları isə yanğın barədə araşdırmaların nəticəsini tezliklə elan etməlidirlər.", -deyə o əlavə edib.


İraqda seçki bülletenləri olan anbar yandırıldı, ilk reaksiyalar - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Usama bin Ladenin şəxsi sürücüsü Əbu Süfyan əsir götürüldü - FOTO
    Usama bin Ladenin şəxsi sürücüsü tutulub.
     18.06.2018
    Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb
    Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Salyan sakinləri ilə görüşüb
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ