EURO 1,9202 TRY 0,2949
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:09.02.2019 00:20:39

Tramp ABŞ-ın İranı yaxından təqib edə bilmək üçün İraqdakı varlığını davam etdirməsi lazım olduğunu söyləmiş, İranı əsas problem kimi qiymətləndirmişdi.

ABŞ Prezidenti Donald Tramp Suriyadan çıxma planı danışılarkən ABŞ əsgərlərini İraqda saxlamağa davam etmək istədiyini və məqsədinin İranı izləmək olduğunu demişdi. İraq Prezidenti Bərham Saleh Trampa cavab gəlib. Saleh ABŞ-ın bu məqsəd üçün Bağdaddan icazə almadığını söyləyib.

İslamazeri.com xəbər verir ki, İraqın paytaxtı Bağdadda bir forumda çıxış edən İraq Prezidenti Saleh Trampın CBS-yə müsahibəsindəki sözləri soruşulub. İraq Prezidenti amerikalı əsgərlərin iki ölkə arasındakı müqavilə çərçivəsində və terrorla mübarizə məqsədilə İraqda olduğunu vurğulayıb.

Tramp ABŞ-ın İranı yaxından təqib edə bilmək üçün İraqdakı varlığını davam etdirməsi lazım olduğunu söyləmiş, İranı əsas problem kimi qiymətləndirmişdi.

Saleh "İraqa öz problemlərinizi yükləməyin. ABŞ əhəmiyyətli bir gücdür, ancaq burada öz siyasət prioritetlərini güdməsin, burada biz yaşayırıq",- deyə bildirib. Bərham Saleh, "İranla və digər qonşu ölkələrlə yaxşı münasibətlərinin olması İraqın əsas marağıdır",- deyib.


İraq Prezidentindən Trampa İran cavabı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sürücü yol polisini görüb qorxdu: qəza baş verdi - VİDEO
    Sosial şəbəkələrdə qəza anının videosu paylaşılıb.
     18.04.2019
    Prezident qanunu pozan məhkəmə hakiminin səlahiyyətlərinə xitam verdi
    Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdi
     18.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ