1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:16.03.2017 17:53:15

Bundan başqa, bu qüvvələr Məscidül-Came ilə yalnız 800 metr məsafədədirlər...

İraq qüvvələrinin əl-Ətiq körpüsünün geri almasıyla birlikdə Ras əl-Hur bölgəsinə doğru irəliləməyin daha asan bir şəkildə gerçəkləşəcəyi bildirildi.

İraq Hərbi Hava Qüvvələri də İŞİD terror təşkilatının Bab əl-Tup ərazisində yerləşən mövqelərini bombalayıb. İraq qüvvələrinin bu bölgədə İŞİD terror təşkilatı ilə münaqişələri üçüncü gündür ki, davam edir. Terrorçular bütün gücləri ilə müqavimət göstərməyə çalışırlar.

Qarşıdurma meydanında yerləşən mənbənin dediyinə görə, mülki vətəndaşların ərazidən çıxma prosesi münaqişələrin kəskinləşməsi səbəbilə dayandırılıb.

Digər tərəfdən, İŞİD terror təşkilatının komandirlərindən olan Əbdürəhman əl-Ənsari İraq federal polis işçiləri tərəfindən ağır yaralanıb.

Bab əl-Cədid bölgəsində isə İraqın federal polisinin bildirdiyinə görə, federal polisin 5-ci və 6-cı hissələri Bab əl-Beyz bölgəsindəki hədəflərinə doğru irəliləməyə davam edirlər. Bundan başqa, bu qüvvələr Məscidül-Came ilə yalnız 800 metr məsafədədirlər.

"Independent" qəzetinin döyüş zonasında olan komandirlərdən birindən bildirdiyinə görə, Mosul qərbindəki əməliyyatın başladığından bu ana qədər 600 İŞİD terrorçusu öldürülüb. Terrorçular müqavimətlərini daha çox zirehli maşınlar və snayperlərin üzərinə fokuslamış vəziyyətdə.


İraq ordusunun Qərbi Mosulda İŞİD-ə qarşı irəliləyişi davam edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • IV İslam Həmrəyliyi Oyunları başa çatdı - MEDALLAR, ÖLKƏ SIRALAMASI
    Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb.
     22.05.2017
    Vəhhabi krallığın qoşunu şiə bölgəsində məscid, ev və məktəbləri dağıtmaqdadır - VİDEO
    Səud rejiminin Əvamiyyə şəhərinə hücumunun 12-ci günüdür
     22.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ