1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:17.06.2017 12:32:19

İraq ordusu ölkənin qərb hissəsində yeni əməliyyata başlayıb.

İslamazeri.com-un RİA-ya istianadən verdiyi xəbərə əsasən, İraq sərhəd qoşunları Suriya ilə sərhəddə yerləşən əl-Vəlid keçidini və həmin ərazidəki sərhəd xəttinin bir hissəsini İŞİD terrorçularından azad edib.

Qeyd edək ki, məlum keçid Suriyada ət-Tənf kimi məşhurdur. Daha əvvəl də Suriya ordusu bildirmişdi ki, sərhədin Suriya tərəfində bu ərazidə uğurlar əldə edib.

“Sərhəd qoşunlarının komandanlığı qərb regionundakı sərhəd xəttinin 3 istiqamət üzrə azad edilməsi məqsədi ilə “Yeni şəfəq” adlı genişmiqyaslı əməliyyata başlayıb. Əməliyyat nəticəsində əl-Vəlid keçidi azad olub, həmçinin Suriya, İraq və İordaniya sərhədləri arasında yerdə qalan sərhəd xətti də təmizlənib.”, - deyə İraq Silahlı Qüvvələrinin bəyanatında deyilir.

Hərbçilər qeyd ediblər ki, əməliyyatda sərhəd qoşunları ilə yanaşı, İraq və ABŞ koalisiyasının aviasiyası da iştirak edir.


İraq ordusu yeni böyük əməliyyata başladı: Hədəf Suriya sərhədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ