1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.11.2017 18:02:00

Ənbar əyalətində İŞİD-in nəzarətində olan bir çox kiçik məntəqələr terrorçulardan azad edilib.

İraq ordusunun Ənbar əyalətindəki son əməliyyatlarında İŞİD-in nəzarətində olan bir neçə məntəqə azad edilərək Rava rayonuna doğru hərəkət möhkəmləndirilib.

İslamazeri.com "Al-MasdarNews"-a istinadla xəbər verir ki, İraq ordusunun 9-cu diviziyası ilə birlikdə Xalq Səfərbərlik Birlikləri (Həşdi-Şabi) bu gün səhər saatlarında Səmah, Muleyli, Rumiyyə, Cabbariyyə və Bubiyə qəsəbələrini terrorçulardan təmizləyiblər.

Bu məntəqələr Fərat çayının şimal sahilində yerləşdikləri üçün onların azad edilməsilə İŞİD-in əlində qalan sonuncu Rava rayonuna doğru yol açılmış olub. İraq ordusunun son günlər Ənbardakı əməliyyatları nəticəsində Fərat çayının cənub sahillərinin hamısı terrorçulardan təmizlənib. Lakin İŞİD Qadisiyyə gölü ətrafındakı bir neçə kiçik məntəqəni hələ də nəzarətdə saxlayır.

Yaxşı təchiz edilmiş İraq ordusunun yaxın günlərdə Rava rayonunun ətrafına çatacağı gözlənilir.


İraq ordusu 5 məntəqəni azad edərək İŞİD-in son rayonuna yaxınlaşıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zimbabve prezidenti istefa verəcək
    Robert Muqabe Zimbabve prezidenti postunu tərk etməyə razılaşıb
     19.11.2017
    Bu gün İmam Rzanın (ə.s.) şəhadət günüdür
    mam Rza (ə) vətəni Mədinədən çox uzaqlarda, Xorasanın Tus şəhərində qərib halda şəhid olduqdan sonra şəhərin adını Məşhəd, yəni “şəhid olunan yer” qoyublar.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ