EURO 2,0067 NEFT 74,79
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.03.2018 13:19:43

İraqın Samirra şəhərində silahlı qarşıdurma nəticəsində İraq Ordusunun generalı öldürülüb

İslamazeri.com xəbər verir ki, İraqın Samirraya girərkən, nəzarət yoxlama nöqtəsində silahlı qarşıdurma baş verib. O ərazidə qulluq edən "Saraya Al salam" könüllülərilə generalın mühafizəkarları arasında silahlı toqquşma baş verib. Atışma zamanı baş nazirin mühafizə birqadasının komandiri, 57 yaşlı general polkovnik Şərif İsmail Əl Murşidi öldürülübCopyright 2006 İslamazeri.com

Məsələ ilə bağlı İraq höküməti təcili toplantı edərək, olayın araşdırılması üçün tapşırıqlar verib.

İraq baş naziri Heydər Əl-İbadi öldürülən generalın cənazəsinə gələrək, onun haqqında danışıb, İŞİD-lə mübarizədə göstərdiyi fədakarlıq haqqında çıxış edib. Həmçinin baş nazir baş verən məsələnin araşdırılması üçün tapşırıq verdiyini bildirib.

Qeyd edək ki, generalı qətlə yetirən könüllü dəstə "Saraya Al salam" - "Mehdi Ordusu"nun dağılmasından sonra, Seyid Müqtəda Sədr tərəfdarları tərəfindən qurulan bir  qrupdur.

2014-cü ildə qurulub və təqribən 10 min - 50 min arası döyüşçüsü var. Formal olaraq "Haşdi Şabi" ordusuna tabedir. Nəcəf, Kufə, Sədr şəhəri və Samirra bölgələrində mühafizə və anti-terror əməliyyatıarına qatılırlar. Copyright 2006 İslamazeri.com


İraq baş nazirinin mühafizəsinin komandiri olan general öldürüldü - Sədrə bağlı qruplar tərəfindən...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kəndə bəla gəlib, heyvanlar durmadan tələf olur
    Ümumilikdə 51 baş qoyun tələf olub, 213 başı isə ağır zəhərlənib və təlafatın artacağı istisna olunmur.
     19.06.2018
    Ənsarullah: Səud ittifaqının Hudeydədə irəliləməsi dayandırıldı
    "Ənsarullah" hərəkatı Səud rejiminin başçılıq etdiyi ittifaqın Hudeydə hava limanına doğru irəliləməsinin dayandırıldığını açıqlayıb.
     19.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ