1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:10.01.2020 17:22:14

İraq Baş naziri və ABŞ dövlət katibi arasında telefon baş tutub.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İraqın faktiki Baş naziri Adil Əbdül-Mehdi ABŞ dövlət katibi Mayk Popmeodan, xarici qoşunların ölkədən çıxarılması mexanizminin hazırlanması məqsədi ilə nümayəndə göndərməyi tələb edib.

İraq administrasiyasının bəyanatında deyilir ki, ötən gün Əbdül-Mehdi və Pompeo arasında telefon danışığı baş tutub. Baş nazir və dövlət katibi Yaxın Şərqdəki son hadisələri və müxtəlif tərəflərin “gərginliyə yol verərək açıq müharibəyə keçidə yol verməmək” istəyi müzakirə edilib.

Bununla yanaşı iraqlı Baş nazir bildirib ki, İraq parlamentinin xarici qoşunların təhlükəsiz şəkildə çıxarılmasına dair qərarının təmin edilməsi üçün Ağ Ev öz nümayəndələri göndərməlidir. O, həmçinin qeyd edib ki, İraq “qonşu və dost ölkələrlə ən yaxşı münasibətləri” qoruyub saxlamaq istəyir.

Pompeo isə, öz növbəsində, deyib ki, ABŞ İraqın suverenliyinə hörmət edir.


İraq ABŞ-a tələb irəli sürdü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan hökuməti qaz və işıq pulu üçün vətəndaşlara 4 aylıq güzəşt edəcək
    Bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib.
     06.08.2020
    Türkiyə vətəndaşları üçün Azərbaycan viza tələb etməyəcək, 3 ay qala bilərlər
    Azərbayan Dövlət Miqrasiya Xidməti Azərbaycana səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə Respublikası vətəndaşlarının diqqətinə məlumat yayıb.
     06.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ