EURO 1,9202 TRY 0,2949
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.02.2019 15:16:12

Cari ilin yanvar ayından İrandan Gürcüstana gələn turistlərin sayında azalma müşahidə olunub.

Cari ilin yanvar ayından İrandan Gürcüstana gələn turistlərin sayında azalma müşahidə olunub.

Gürcüstan Milli Turizm Administrasiyası xəbər verir ki, 2019-cu ilin yanvar ayında İrandan bu ölkəyə gələn turistlərin sayı 2018-ci ilin yanvar ayı ilə müqayisədə 41 faiz azalıb.

Belə ki, keçən ilin yanvar ayında İrandan Gürcüstana 14 min 322 nəfər səfər etmişdisə, cari ilin yanvarında onların sayı 8 min 924 nəfər təşkil edib.

Administrasiyanın məlumatında bildirilir ki, hesabat dövründə Azərbaycandan Gürcüstana gələnlərin sayında 3,4 faiz, Türkiyədən gələnlərin sayında 20,2 faiz, Hindistandan gələnlərin sayında 5,9 faiz, Ermənistandan gələnlərin sayında isə 5 faiz azalma qeydə alınıb.

Rusiya, Ukrayna, İsrail, Qazaxıstan, Filippin, Almaniya, ABŞ, Səudiyyə Ərəbistanı və Polşadan gələnlərin sayında isə artım müşahidə olunub.

Ümumiyyətlə isə yanvar ayında Gürcüstana turist kimi 305 min 939 nəfər səfər edib.(virtualaz)


İranlı turistlər Gürcüstana səfərlərini azaldıblar - say 41 faiz düşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübariz Mənsimovdan onun haqda sifarişli yazı yazanlara və yazdıranlara SƏRT SÖZLƏR
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, bu haqda sosial şəbəkə profilindən tanınmış iş adamı Mübariz Mənsimov özü status paylaşıb, bunu bəzi saytlar xəbər kimi yayıblar...
     18.04.2019
    Keçmiş bələdiyyə sədrinin ibtidai istintaqı başa çatıb
    Göygöl rayonu, Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
     18.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ