EURO 1,9062 NEFT 52,15
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:27.02.2017 11:04:25

Əsğər Fərhadinin çəkdiyi "Furuşəndə" (Satıcı) filmi Kinematoqrafiya Sənət və Elm Akademiyasının 89-cü mükafatlandırma mərasimində ən yaxşı xarici film mükafatına layiq görülüb.

İslamazeri.az "SəhərTV"-nin sayıtna istinadən xəbər verir.

İRNA-nın məlumatına görə, Avstraliyanın Tena, Almaniyanın Toni Erdman, Danimarkanın Mina Ərazisi və İsveçin Ove Adlı Kişi filmləri 2017-ci il Oskar Mükafatlandırma Mərasimində "Furuşəndə" filminin rəqibləri olublar.  Bu mükafat Fərhadi və İran kinosunun 2-ci "Oskar" mükafatıdır. 

Fərhadi 2012-ci ildə də "Nadirin Simindən ayrılığı" filmi üçün bu mükafata layiq görülmüşdü. 

Əsğər Fərhadi və "Furuşəndə" filminin çəkiliş kollektivi ABŞ prezidenti Donald Trampın miqrantlar əleyhinə fərmanına etiraz olaraq bu mərasimdə iştirak etməyiblər və ilk iranlı kosmonavt Ənuşə Ənsari və NASA-nın sabiq direktorlarından Firuz Nadiri onların nümayəndəsi olaraq mərasimə qatılıblar. 

Bu mərasimdə Fərhadinin oxunan bəyanatında bildirilir: "Onun "Oskar" Mükafatlandıra Mərasimində iştirak etməməsinin səbəbi miqrantların Amerika Birləşmiş Ştatlarına girişini qadağan edən qeyri-insani qanunla hörmətsizliklə üzləşən İran və 6 ölkə vətəndaşına hörmət əlamətidir." 

Fərhadinin bəyanatı "Oskar" mərasimi iştirakçıları tərəfindən alqışlanıb. 


İranlı rejissor ikinci "Oskar" mükafatı aldı, Trampa etiraz olaraq ABŞ-a getmədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 1 dəqiqəlik moizə: İnsan təkcə fiqhi oruc tutsa...
    İslamazeri.az-ın "Din" rubrikasından...
     28.05.2017
    Düşmən atəşkəsi 120 dəfə pozub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (10 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub
     28.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ