1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:06.05.2017 16:26:03

Səudiyyə Ərəbistanı dəfələrlə "İranda niyə terror olmur?" və ya "İŞİD İranda niyə terror aktı törətmir" sualları ilə İranı terrora dəstək verməkdə ittiham edib, cümə günü İranın təhlükəsizlik naziri öz açıqlaması ilə bu suallara cavab vermiş olub

İslamazeri.com xəbər verir ki, İranın təhlükəsizlik naziri Höccətülislam vəlmüslimin Seyid Mahmud Ələvi bu gün cümə Tehranın cümə namazı xütbələrindən öncə (red: Cümə namazı xütbələrindən öncə hər hansı bir dövlət rəsmisi və ya ruhani bu cür hesabat və ya təbliğat xarakterli çıxış edir) etdiyi çıxışında iki il ərzində İranda 45 terror qruplaşmasını tamamilə məhv edib sıradan çıxardıqlarını açıqlayıb. Ötən il isə 30 terror qruplaşması məhv edilib.

"Bu terror dəstələrindən yüzlərlə silah-sursat və avadanlıq aşkarlanıb. Belə ki, 108 maqnit bombası, 15 kamikadze kəməri də onlara daxildir.", -deyə Ələvi əlavə edib.

Seyid Mahmud Ələvi casus yuvalarından da danışıb. O deyib ki,  İranın Təhlükəsizlik Nazirliyi xarici təhlükəsizlik xidmətlərinin hərəkətlərinə tam nəzarət edir və çoxlu sayda casusluq hallarını deşifrə edib.

Qeyd edək ki, İranda ziyarətgahlar, mərasim yerləri və strateji əhəmiyyətli obyektlərdə dəfələrlə terror aktının qarşısı alınıb, əməliyyat zamanı onlarla hüquq mühafizə orqanları əməkdaşları həyatlarını itiriblər.

Onu da qeyd edək ki, ötən il İŞİD-in çox nüfuzlu komandiri Əbu Aişə Kürdi İran Təhlükəsizlik və Kəşfiyyat nazirliyinin əməkdaşlarının səyi nəticəsində silahlı qarşıdurma zamanı öldürülmüşdü.


İranlı nazirdən "İranda niyə terror olmur?" sualına cavab

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan ermənilərə müraciət edib
    Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İstanbuldakı Erməni Apostol Kilsəsinin din xadimlərinə məktub göndərib.
     24.04.2018
    Şəmxani: Qərb İranın qırmızı xəttini keçərsə uduzacaq
    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxani Tehranda etdiyi çıxışda gündəm mövzularına toxunub
     24.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ