İranın neft sənayesi naziri neftin qiymətini bahalaşma səbəbi barədə danışıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İranın neft sənayesi naziri Bijan Namdar Zəngene bildirib ki, son həftələr ərzində neftin qiymətlərinin artmasının əsas səbəbi ABŞ-ın İrana təzyiq cəhdləridir.
“ABŞ rəhbərliyi çox tezliklə anlayacaq ki, yürütdükləri siyasət qeyri-effektivdir.”, - deyə o qeyd edib.
OPEC-in 17-ci beynəlxalq seminarında çıxış edən iranlı nazir neft bazarının vəziyyəti və “qara qızılın” qiymətinin artmasını ABŞ prezidentinin hərəkətlərinin nəticəsi kimi göstərib. O əlavə edib ki, ABŞ-ın İranın nüvə proqramına dair “Hərtərəfli Birgə Fəaliyyət Planı”ndan (HBFP) çıxmasından sonra neftin qiyməti cəmi 1 həftəyə 6 dollar bahalaşıb və bu da o deməkdir ki, regiondakı siyasi çəkişmələr və bazardakı qeyri-müəyyənliklərin səbəbi ABŞ rəhbərliyinin siyasi qərarlarıdır.
İran neftinin eksport obyektlərinin kəskin azalacağına dair bəzi proqnozları xatırladan Zəngene qeyd edib ki, ABŞ-ın İran nefti alan ölkələrə təzyiqlərinə baxmayaraq, İran eksport səviyyəsini hazırdı səviyyədə saxlamağa çalışır.
İranlı nazir: ABŞ çox tezliklə səhv etdiyini anlayacaq!