EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.04.2019 15:27:00

İranlı general ABŞ və İsrail barədə danışıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikasının quru qoşunlarının komandanı briqada generalıı Kiumars Heydəri bəyan edib ki, “israilli işğalçılarının didərgin olacağı gün uzaq deyil”.

ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Ordusunu (Sepah) terror təşkilatı olaraq tanımasına münasibət bildirərkən qeyd edib: “Mən ABŞ, sionist rejim və yəhudi-ərəb ittifaqına elan edirəm ki, Trampın Sepaha qarşı tədibləri axmaqcasınadır və bu, ABŞ Silahlı Qüvvələri, məxsusən də CENTCOM qüvvələrini dünyanın hər yerində təhlükə altına atacaq”.

Heydəri ABŞ hərəkətlərini “intihara” bənzədib və əlavə edib ki, ABŞ-ın bu addımları “yalnız və yalnız İsrail rejimi qarşısında qulluq etməyə” yönəlib.

ABŞ-ın İŞİD terror təşkilatının yaranmasındakı rolu barədə də danışan general Heydəri qeyd edib ki, “Klinton və Trampın “Ağır variantları kitabında” da etiraf ediblər ki, onlar bu terror təşkilatının yaradılması məqsədi ilə vəsaitin istənilməsi üçün 40 ölkəyə səfər ediblər. (Lakin) Müqavimət Cəbhəsi qüvvələrinin şücaəti sayəsində dağıdılmış İŞİD terrorçuları günü bu gün də sərgərdan dolaşırlar. İşğalçı İsrail rejiminin də bu cür dərbədər olacağı gün uzaq deyil”.


İranlı general: İsrailin səfil və didərgin olacağı gün yaxındır!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 60 SANİYƏ: 24.04.19-un 4 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: 24.04.19-un 4 önəmli xəbəri - VİDEO
     24.04.2019
    Kim Çen In Rusiyada: Bu, mənim son səfərim deyil!
    Şimali Koreya lideri Rusiyaya səfər edib.
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ