1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.05.2019 10:02:19

Sepah generalı ABŞ-ın göndərdiyi hərbi gəmilər haqda danışıb.

İslamazeri.com-un ISNA-ya istinadən verdiyi xəbərə əsasən, İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) briqada generalı Əmir-Əli Hacızadə ABŞ-ın Fars körfəzinə göndərdiyi hərbi gəmilər haqda danışıb.

ABŞ-ın - üzərində onlarla qırıcı olan və göyərtəsində 6 min personalı olan hərbi təyyarə daşıyan gəmisi, bəlkə, keçmişdə bizim üçün təhlükə mənbəyi ola bilərdi, lakin hazırda o, hədəfdən başqa bir şey deyil”, - deyə o qeyd edib.

ABŞ-ın regiondakı hərbi bazaları və İran ordusunun raket potensialı haqda danışan iranlı general bildirib ki, “Yaxın Şərqdəki ABŞ qüvvələri hazırda elə bir vəziyyətdədirlər ki, hər an onlara güclü zərbə endirilə bilər".

Onun sözlərinə görə, regionda keçmişə nəzərən fərqli vəziyyət formalaşıb və “dünən təhdid mənbəyi olan şey, bu gün (zərbəyə tuş gələcək biləcək) obyektdən başqa bir şey deyil”.

ABŞ-ın İranla müharibədən çəkinmə səbəbini şərh edən Əmir-Əli Hacızadə deyib: “Səbəb budur ki, onlar olduqca zəifdirlər, o cümlədən də Fars körfəzində və ya birbaşa yaxınlığında yerləşən dəniz qruplaşmaları da. Əlimizdə 300 km, hətta 700 km mənzilli raketlər var, odur ki, düşmənin hətta Fars körfəzindən kənardakı bütün obyektləri də asanlıqla vurula bilər”.

Xatırladaq ki, o daha öncə bildirmişdi ki, əgər Ağ Ev güc tətbiq edərsə, İran ABŞ-ın “başına zərbə endirəcək”. OXUMAQ ÜÇÜN BURAYA KLİK ET!


İranlı general: ABŞ raketlərimizin "əlinin" altındadır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-lı alimlər: Üzdə tük xərçəng riskini 16 dəfə azaldır! - ARAŞDIRMA
    ABŞ-lı alimlər üzdəki tüklə bağlı maraqlı faktı ortaya çıxarıblar.
     24.05.2019
    Türkiyədə dünyanın ən qeyri-adi sərgisi: Qumdan abidələr - FOTO/VİDEO
    Türkiyədə Beynəxalq Qumdan Abidələr Festivalı start götürüb.
     24.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ