1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.05.2019 17:46:21

“Amerikalıların İrana qarşı ciddi hərbi aksiya başlatmağa gücü çatmayacaq”.

İslamazeri.com-un “Pars Today”-ə istinadən verdiyi xəbərə əsasən, İran Silahlı Qüvvələrinin rəsmisi briqada generalı Hüseyn Dehqan bəyan edib ki, “amerikalıların İrana qarşı ciddi hərbi aksiya başlatmağa gücü çatmayacaq”.

Amerikalıların genişmiqyaslı müharibəyə girişmək istəməmələri faktı göstərir ki, nə Yaxın Şərq regionu daha bir dağıdıcı münaqişəyə hazırdır, nə də ki, ABŞ-ın özü İranla mübarizə üçün dünya ictimaiyyətini dəstəyini ala biləcək və ya bunun üçün lazımi hərbi potensiala sahibdir”, - deyə o qeyd edib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun İrana xəbərdarlıq məqsədi ilə Fars körfəzi zonasına hərbi gəmilərin göndərilməsinə dair bəyanatını şərh edən iranlı general bildirib ki, “hərbi təhlil və qiymətləndirmələrdə qoşunların və ya hərbi texnikanın bir yerdən başqa bir yerə göndərilməsi müharibəyə hazırlıq kimi qəbul edilir”.

O həmçinin əlavə edib ki, ABŞ və İsrail rejimi Səudiyyə Ərəbistanı ilə birlikdə dünya ictimaiyyətində belə bir fikir yaratmaq istəyirlər ki, “Yaxın Şərq, guya ki, yeni ciddi böhran astanasındadır”.

Lakin bu 3 ölkə çox gözəl anlayır ki, ilk atəşi açan tərəf genişmiqyaslı münaqişədən ən böyük zərəri görəcək tərəf olacaq”, - deyə o qeyd edib.


İranlı general: ABŞ bizə heç nə edə bilməyəcək!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ