EURO 1,8964 TRY 0,2805
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.05.2019 05:55:22

İranlı deputat ABŞ əsgərlərinə maraqlı məsləhət verib

İranlı deputat ABŞ əsgərlərinə maraqlı məsləhət verib.

İslamazeri.com xəbər verir ki, İran Parlamentinin Tehrandan seçilən millət vəkili Mahmud Sadiqi özünün tvitter səhifəsində ABŞ-ın Yaxın Şərqə hərbi gəmi və qırıcılar göndərməsinə cavab olaraq, amerikan əsgərlərə - google-də "Operation Eagle Claw"  (Qartal Pəncəsi) sözünü axtarışa verməyi məsləhət edib.


Qeyd edək ki, 1980-ci ildə ABŞ prezidenti Karterin başçılığı altında ABŞ rəhbərliyi, İrana hücum əmrini verir. Bu hücum gecə yarısı və müasir silahlarla silahlanmış olan Amerikalı komandoslar tərəfindən başladılır və nəhəng C-130 təyyarələri və hərbi vertolyotlar bu əməliyyata havadan dəstək verir.

 Amerikalı xüsusi təyinatlı 90 komandos, “Qartal Pəncəsi” adlı əməliyyat çərçivəsində Tehranda məhbus olan Amerikalı casusları qurtarmalı idi. Sözügedən Amerikalı casuslar, İslam inqilabının zəfərindən sonra Tehrandakı ABŞ səfirliyində İran xalqı və İslam inqilabı əleyhinə casusluq ittihamı ilə tutulmuşdular. Əməliyyata görə, əvvəlcə ABŞ əsgərləri İranın Təbəs səhrasına endirəcək təyyarə və vertolyotların arasında iki vertolyot texniki qəza edir. Lakin buna baxmayaraq əməliyyat davam etdirilir. Qalan təyyarə və vertolyotlarla komandoslar Təbəs səhrasına endirilir, Tehrana tərəf yola çıxmaq üçün hazırlıqlara başlayır. 

 Təbəsdə də bir vertolyot texniki qəza edir və əməliyyatın davamına qatıla bilmir. Planlaşdırılan əməliyyat üçün ən az 6 vertolyot lazım olduğundan Amerika tərəfi əməliyyatının dayandırılmasını, təyyarələrin və vertolyotların geri dönməsini əmr edir. Karter bu hücumun məğlubiyyətlə nəticələndiyini düşünərkən İrandan gələn bir başqa xəbər onu tam bir şoka salır. Ordu geriyə qayıdan zaman Təbəs səhrasında başlayan qum fırtınası nəticəsində bir təyyarə və bir vertolyot bir-birinə çırpılmış, toqquşma nəticəsində böyük bir partlayış yaranmışdı. Alovlar Təbəs səhrasında gecəni sanki gündüzə çevirmişdi.

 Bu hadisədə 8 xüsusitəyinatlı həlak olur və sağ qalanlar böyük bir çaxnaşma içində Təbəs səhrasından qaçmaq məcburiyyətində qalır. O dövrdə bu əməliyyatı dəstəkləyən və Ağ Evdə milli təhlükəsizlik məsləhətçiliyini icra edən Berjinski, Karterin bu xəbərə reaksiyasını belə izah edir: “Karter bu xəbəri eşidincə yaralanmış bir ilan kimi yerində dura bilmirdi.”  - Bu haqda ƏTRAFLI MƏLUMAT


İranlı deputatdan ABŞ əsgərlərinə: Google-də "Operation Eagle Claw" kəlməsini axtarışa verin - SƏBƏB, ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “İnterpol” xətti ilə axtarışda olan İran vətəndaşı Bakıya gələrkən tutulub
    “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan şəxs Bakıya gələrkən tutulub.
     22.05.2019
    Azərbaycanda piyada vurulmaları ən çox bu vaxt baş verir
    Son günlər bu mövzuda müzakirələri, xüsusən də piyada vurulması ilə bağlı qorxunc statistika gündəmdədir.
     22.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ