EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:04.07.2019 15:51:21

İran İslam Respublikasının parlament heyəti Bakıda Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının parlament heyəti Bakıda Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb.

İran İslam Şurası Məclisinin plan, büdcə və mühasibat komissiyasının sədri Qolamreza Tacgərdun bu görüşdə iki tərəfli əlaqələrin önəminə vurğu edib.

"İki ölkənin dərin tarixi, mədəni və dini ortaqlıqları və bağları tələb edir ki, ikitərəfli münasibətlər geniş miqyasda inkişaf etdirilsin.", -deyə o bildirib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini də bu görüşdə iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərini Bakı-Tehran münasibətlərinin genişləndirilməsi üçün mühüm dəyərləndirib.

Ziyafət Əsgərov sözlərinin davamında deyib: "İranlı iqtisadi fəalların qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının iqtisadi layihələrində iştirakı üçün şərait yaranıbdır."


İranın parlament heyəti Bakıda Ziyafət Əsgərovla görüşüblər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
    Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.
     15.07.2019
    İran XİN: ABŞ-ın məhdudiyyətləri Zərifin səfərinə təsir edə bilməz
    XİN rəsmisi Musəvi Cavad Zərifin onsuz da Nyu-Yorka gələndə bütün danışıqlarını və müsahibələrini Nazir Pompeonun qeyd etdiyi bölgədə etdiyini qeyd edib.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ