1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:16.08.2019 09:54:19

ABŞ-ın saxlanma barədə müraciətinə baxmayaraq, bu ərazidə həbs edilmiş İran neft tankerinin buraxılması üçün qərar verilib...

Cəbəllütariqdən alınan ən son məlumatlarda deyilir ki, ABŞ-ın saxlanma barədə müraciətinə baxmayaraq, bu ərazidə həbs edilmiş İran neft tankerinin buraxılması üçün qərar verilib.

İslamazeri.com "voa"ya istinadən xəbər verir. Məlumata görə, bundan əvvəl xəbər verilirdi ki, ABŞ-ın müraciətindən sonra Cəbəllütariqin azad etməyə hazırlaşdığı İran tankerinin taleyi naməlum qalır.

Cəbəllütariq hökuməti avqustun 15-də bu barədə verdiyi bəyanatda bildirir ki, “ABŞ-ın Ədliyyə Nazirliyi Grace 1 tankerinin saxlanması üçün müraciət edib və hazırda bu məsələyə baxılır”.

Bu da qeyd olunur ki, tankerlə bağlı məsələyə Britaniyanın dəniz ərazisi olan Cəbəllütariqin məhkəməsində baxılacaq.

ABŞ-ın müraciəti İran supertankerinin azad edilməsi barədə qərarın icrasına bir neçə saat qalmış daxil olub.

Chronicle qəzeti xəbər verir ki, ABŞ-ın belə bir müraciəti olmasa idı, İranın supertankeri buraxılacaqdı.

Grace 1 tankerinin saxlanma müddəti avqustun 17-də bitir.

İranın İngiltərədəki səfiri Amerikanın əbəs səylərinə rəğmən, İran neftini daşıyan tankerin müsadirəsinin aradan qaldırılmasını Birləşmiş Ştatlar üçün təhqiredici bir məğlubiyyət kimi dəyərləndirib.

Qeyd edək ki, İran tərəfi bu saxlanılmadan sonra, Fars Körfəzində bir neçə ölkəyə aid qaçaq tanker tutmuş, bundan sonra tutacağını davam edəcəyini bildirmişdi.


İranın neft tankerinin buraxılmasına qərar verilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistan Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlanıb
    Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryanın oğlu oğurlanıb.
     28.01.2020
    Süleymaninin sui-qəsdində adı hallanan Maykl D'Andrea CİA əməkdaşları ilə birlikdə öldürüldü
    Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranda əməliyyatlarına rəhbərlik edən Maykl D'Andrea ABŞ təyyarəsinin Əfqanıstanda vurulması zamanı həlak olub
     28.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ