1. http://www.islamazeri.az/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:08.11.2016 12:46:12

Film haqqında öz təəssüratlarımı sizinlə bölüşmək istəyirəm.

İranlı rejissor Məcid Məcidinin 40 milyon dollar büdcə ilə ərsəyə gətirdiyi “Muhəmməd” filmini nəhayət izləməyə nail oldum.

İlk öncə bilməyənlər üçün yeni, bilənlər üçün təkrar olaraq rejissor haqqında qısa məlumat yazmaq istəyirəm. Məcid Məcidi qonşu ölkənin tanınan sənət adamı, Monreal fim festivalında dəfələrlə müxtəlif mükafatlara layiq görülən şəxsdir. Çində keçirilən 2008 Yay Olimpiya Oyunları zamanı Çin rəsmiləri tərəfindən Pekini tanıtmaq məqsədilə 5 dünya şöhrətli rejissorlardan biri olub.

Əldə etdiyim rəsmi statistikaya əsasən “Allahın elçisi Muhəmməd” filminə Türkiyədə 10 gün ərzində 336.031 nəfər baxıb. Maraqlı olması üçün qeyd edim ki, bu film 30 ən çox baxılan film arasında 5-ci yerdədir. Həmçinin, iki həftə ərzində xaricdə istehsal olunan (yəni Türkiyədə istehsal olunmayan) filmlər arasında birincidir.

İndi isə, film haqqında öz təəssüratlarımı sizinlə bölüşmək istəyirəm.

İstanbulda kinoteatrlardan birində filmi izləmək qərarına gəldim. “Muhəmməd” filmi 28 oktyabrdan kinoteatrlarda izlənilməsinə baxmayaraq, filmə baxdığım salon tamamilə ilə dolu idi.

 

Aktyorlar...

Filmdə ilk öncə Peyğəmbərin babası Əbdülmüttəlib və əmisi Əbu Talib diqqət çəkir. Onların əzəmətli kimlikləri, seyirciyə təsir etməyə bilməz. Filmdə peyğəmbərin əli göstərilsə də, üzünə gah parçanın örtülməsi, gah (uşaqlıqda) özünün öz üzünü tutması, gah da nur effektilə örtülməsi üzünü görünməz edir.

Əbu Ləhəb personajı tipik təkəbbürlü müşrik ərəb təəssüratını, onun arvadının rolunu oynayan aktrisa isə sonsuz paxıl və imansız qadını canlandıra bilmişdir.

Həzrəti Həmzə personajı əzəmətli verilsə də, Əbu Talib kimi çox görünmür. Buna səbəb də, Peyğəmbərin gənc yaşlarından məhz Əbu Talibin himayəsində olması göstərilə bilər.

Peyğəmbərin anası Amənə və süd anası Həlimə obrazı da uğurla seçilmiş, ana və analıq qədər yaxın süd anası necə olmalıdırsa, o cür insana çatdırılmışdır.

 

Kadrlar, səhnələr, effektlər...

Hər şeydən öncə filmdəki Əbrəhənin filləri filmin əsas diqqətçəkən səhnəsidir. Çünki çox sayda filin bir araya gətirilməsi, ordu şəklində gəzdirlməsi və sonra fillərin insanlara (Əbrəhənin ordusuna) hücum etməsi tənqidçilərin belə misilsiz adlandırdığı səhnədir. Quşların ağzında odlu daşlarla Əbrəhə ordusuna hücum etməsi isə xüsusi effektlərlə hazırlanıb və müasir texnologiyanın ən üst səviyyəsi ilə bu film kadrlarına daşınıb.

İkinci misilsiz səhnə isə dəniz səhnəsidir ki, bütə sitayiş edənlərin dənizdəki bütünün dənizin çoşması  ilə eyni anda İslam Peyğəmbərinin yanında sınması, balıqların dənizdən ac qalmış insanlara tərəf atılmasıdır.

Döyüş meydanındakı döyüşlər, qılıncoynatmalar, at sürmə və s.  peşəkar şəkildə hazırlanıb deyə bilərik.

Film sənədli film olmadığı üçün, rejissorun bidətə səbəb olmayan fikirlərini,  səhnə, geyim və aktyor  seçimini də uğurlu adlandırmaq olar. Bir neçə musiqi filmdə diqqət çəkir. Bəzi ölkələrdə İrana qarşı yaradılan mənfi fikirlərin filmə təsir etməməsi üçün musiqilər məhz Hindistanlı bəstəkar tərəfindən hazırlanıb.

 

Məzhəbçilik, xurafat varmı?

İlk öncə qeyd edim ki, insanlar özləri nəyə inanırsa onu öz işlərində, əməllərində təcəssüm etdirirlər.  Ancaq Məcid Məcidinin şiə olmasına baxmayaraq, o məzhəbçilikdə ittiham oluna biləcəyini ehtimal verərək, filmdə fitri dillə danışmağa üstünlük verib. Yəni film təkcə müsəlmanlara deyil, bütün tək Allaha inanan hər kəs üçün nəzərdə tutulub desək, yanılmarıq. Filmdə Tövrat və İncildən sitatların gətirilməsi dediyimə sübut sayıla bilər.

Xürafat məsələsinə gəlincə, xürafat insanlar arasında dində olmayan bir şeyə din kimi inanılmasına deyilir. Lakin filmin əvvəlində, filmdə rejissorun öz fikirlərinin olacağı da qeyd edilir və bunun tarix kimi qəbul edilməməsi bildirilir. “Filmdə xürafat var” sözündən istifadə edənlərin əksəriyyəti Əbu Talibin müsəlman kimi göstərilməsindən narahat olublar. Lakin İslam tarixində Əbu Talibi təkcə şiə mənbələrində deyil, sünni mənbələrində də müsəlman sayanlar var.

Bir neçə mənbəni qeyd edirəm:

  1. İbn Kəsir, “əl-Bidayə vən-Nihayə”, 3/74
  2. İbn Hişam, “Sirətun-Nəbəviyyə”, 1/376
  3. İbn Hişam, “Sirətun-Nəbəviyyə”, 1/296-304
  4. Albani, “Silsilətu-əhadis əs-Səhiha”, 1/194, hədis 94

 

Son olaraq...

Film bütün insanları qardaşlığa, din və məzhəb ayrıseçkiliyi olmadan dostcasına sülh şəraitində yaşamasına, bir-birini düşmən görməməsinə və Həzrəti Muhəmmədin (s)  təkcə müsəlmanların deyil, ondan öncə gələn peyğəmbərlərin təsdiqilə bütün bəşərə, aləmə rəhmət olaraq göndərildiyindən onun çatdırdığı İlahi Mesajına səs verərərək əbədi səadətə çatmağa çağırır.

 

P.S. Rejissor, kinomatoqraf və bu sahədə mütəxəssis olmadığım üçün bunu adi seyirci təəssüratı kimi dəyərləndirmənizi xahiş edirəm. Ümidvaram ki, kinomatoqraf və rejissorlar bu  film haqda daha təfərrüatlı və dəqiq dəyərləndirmələr edəcəklər.

Ramin Bayramov

 

Hz. Muhammed Allah ın Elçisi - Fragman (Türkçe Dublajlı) from Box Office Türkiye on Vimeo.


İranın “Muhəmməd” filmi haqqında qeydlərim

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Üzü üstə uzatdılar yerə, əlləri ilə ağzımı və burnumu tutub nəfəs yollarımı bağladılar. Barmaqlarımı sındırmaq həddinə çatdırdılar. Dedilər ki, qardaşımı, sürücünü saxlayıblar, çox dərinə getsəm, ailəmi də gətirəcəklər, paltarını çıxarıb çəkiliş edəcəklər."
     21.02.2017
    Bu gün Malkolm X-in şəhadət günüdür
    Bu gün 21 fevral XX əsrin ən yadda qalan simalarından olan, Amerika müsəlmanlarının liderləindən Malkolm X-in şəhadətə çatdığı gündür.
     21.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ