EURO 1,9062 NEFT 52,15
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:15.02.2017 17:55:57

Suriyanın sülh naziri: "İranın başda Fələstin xalqı olmaqla bölgə xalqlarının haqqını müdafiə edən bir mövqeyə keçməsinin 38-ci ilini təbrik edirik."

İslamazeri.az "Tasnim"ə istinadən xəbər verir ki, Suriya sülh naziri doktor Əli Heydər Dəməşqdə verdiyi müsahibədə İslam İnqilabının 38-ci ilini təbrik edərək belə açıqlama verib: "Biz İran hökuməti və xalqının region xalqlarının məsələləri və problemləri qarşısında yer alan mövqeyindən, başda Fələstin xalqı olmaqla bölgə millətlərinin haqqını müdafiə edən bir mövqeyə keçməsinin 38-ci ilini təbrik edirik".

Suriyanın sülh naziri açıqlamasını belə davam etdirib: "İran və İran millətinin seçdiyi bu yeni münasibət və yeni mövqe İran İslam Respublikasına qarşı bütün zalım və əzazil ölkələrin düşmənçiliyinin əsl səbəbidir. Hər kəsin bildiyi kimi İran İslam Respublikasının region xalqlarının hüququ əsasında olan həmin mövqeləri əzazil ölkələrin bu ölkəyə qarşı düşmənçiliyinə yol açmışdır. Buna görə də İranın bu mövqeyindən çəkilmədiyi və bu mövqedə qaldığı müddət ərzində hamı bu ölkəyə qarşı kinli siyasətlərin və düşmənçiliklərin davam etdiyinə şahid olacağıq."

Suriya sülh naziri doktor Əli Heydər İranda başlayan İslam İnqilabı haqqındakı açıqlamasını belə davam etdirib: "İran özünə qarşı bu qədər düşmənçilik və kinli siyasətə baxmayaraq sahib olduğu imkanlar, güc, gözəlliklər sayəsində və eyni zamanda haqq tərəfində durması və İran xalqının açıq və şəffaf nəzərindən dolayı qələbəyə nail olub. İlk olaraq inqilabı ilə qələbə əldə etdi, sonra isə inancları və düşüncəsi ilə bu qələbəyə çatıb. İranın bu xüsusi mövqeyi və baxış bucağı İran xalqının keçmişdə olduğu mövqedən çox fərqli bir mövqeyə və pozisiyaya keçməsinə səbəb olmuşdur. Mən İrana bir neçə dəfə səfər etmişəm və yaxından İranın bu qədər sanksiya və ya İran xalqının yaşadığı müharibəyə baxmayaraq inkişafına şahidi oldum.

Həmçinin hər kəs İranın haqq cəbhəsinə etdiyi xidmətləri çox yaxşı bilirlər ki, İranın Suriyanın 6 ildir onunla qarşı-qarşıya qalmış zalım müharibədəki bu ölkəyə xidmətləri və yardımları da hər kəs tərəfindən çox yaxşı bilinir".

Suriya sülh naziri açıqlamasını belə davam etdirdi: "İrana qarşı sui-qəsdlərin bu ölkəyə çox zərər verəcəyini düşünmürəm, çünki bu ölkə malik olduğu imkanlar və güc sayəsində güclü bir ölkədir və özünə qarşı baş verən bütün sanksiyalar və düşmənçiliklərə baxmayaraq, yenə qələbəyə nail olmağı bacardı. İran hər gün bütün meydanlarda qələbəyə çatır: siyasətdə, müharibədə, mədəniyyətdə və digər məsələlərdə həmişə uğurlu olur."

Heydər çıxışının sonunda müqavimət cəbhəsindəki şəhidlərə xatırlatma edərək, İranın Suriya xalqını müdafiə etdiyini və ən sonda xarici qüvvələrə qarşı qələbə əldə edəcəyini deyib.


“İranın mövqeyi bütün zalım və əzazil ölkələrin ona olan düşmənçiliklərinin əsl səbəbidir”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 1 dəqiqəlik moizə: İnsan təkcə fiqhi oruc tutsa...
    İslamazeri.az-ın "Din" rubrikasından...
     28.05.2017
    Düşmən atəşkəsi 120 dəfə pozub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (10 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub
     28.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ