1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.02.2018 13:50:15

İran İslam Respublikasının İmam Əlinin (ə) adını daşıyan "Kərrar" tankları müdafiəyə daxil ediləcək

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının birinci imam Həzrəti Əlinin (ə) Kərrar ləqəbini daşıyan "Kərrar" tankları İslam Respublikasının müdafiəsinə daxil ediləcək.

Bu barədə, "Gənc əsgər festivalı" adlı tədbirdə jurnalistlərin suallarını cavablandıran, İran Ordusunun Quru Qoşunlarının komandiri general Kiyumers Heydəri bildirib. Onun sözlərinə görə, İran istehsalı olan və bənzərsiz hərbi maşın olan "Kərrar" tankına aid istifadə sazişi Quru Qoşunları tərəfindən hazırlanaraq istehsalın başladılması üçün müvafiq hərbi fabriklərə göndərilib.

"Bu tank, yaxın bir zamanda istifadə üçün müdafiəyə daxil ediləcək və hamımız ordumuzun fərqli birliklərilə ilboyu təşkil edilən hərbi təlimlərdə bu tankın iştirakının şahidi olacağıq,", - deyə iranlı general əlavə edib.

"Heydəri Kərrar" İmam Əliyə verilən ləqəbdir. Ərəb dilindən tərcümədə Heydər - aslan, bir işi təkrar edən və nəticə alınana kimi bundan yorulmayan şəxsə isə Kərrar deyirlər. "Heydəri-Kərrar" ifadəsi dini kitablarda İmam Əliyə (ə) aid edilir. İmam Əli (ə) döyüş meydanlarında oxuduğu rəcəzlərdə (hərbi şeirlərdə) özünü bu ləqəblə təqdim etdiyi tarixi kitablarda mövcuddur. Mənbələrdə həmçinin bildirilir ki, "Kərrar" ləqəbini o həzrətə İslam Peyğəmbəri (s) verib.


İranın İmam Əlinin (ə) adını daşıyan "Kərrar" tankları müdafiəyə daxil ediləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ