EURO 1,9906 NEFT 76,44
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:25.01.2018 14:10:08

“İran Air” hava yolları şirkəti yanvarın 29-dan Bakıya uçuşlar həyata keçirəcək.

Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında “Aysanparvaz” şirkətinin baş direktoru Seyid Məhəmməd Mir Rzayi deyib.

 M.Mir Rzayi deyib ki, “İran Air” hava yolları şirkəti ilə əldə olunan razılığa əsasən, yanvarın 29-dan bu şirkətin Bakıya uçuşları başlayacaq: “İran Air şirkəti üç il bundan qabaq Bakıya uçuşları dayandırmışdı. Uzun fasilədən sonra proqrama əsasən qeyd olunan tarixdən həftənin bazar ertəsi və cümə axşamı günləri Tehrandan Bakıya uçuşlar baş tutacaq”.

 Şirkət rəsmisi qeyd edib ki, hazırda “Mahan Air” şirkətinin təyyarələri həftədə 3 gün Bakıya uçuşlar həyata keçirir. “İran Air şirkətinin uçuşları da daxil olmaqla, ümumilikdə İran şirkətləri həftənin beş günü Bakıya uçuşlar həyata keçirəcək. Bu uçuşlar “Aysanparvaz” şirkətinin çarter uçuşları olacaq.  Azal şirkəti də öz uçuşlarını öncəki proqramına uyğun həyata keçirəcək,” – M.Mİr Rzayi bildirib.

 M.Mir Rzayi İrandan Azərbaycana turların həm turizm şirkətləri, həm də İran vətəndaşları tərəfindən böyük həvəslə qarşılandığını bildirib: “Biz  öncədən tənzimlədiyimiz proqrama əsasən, Novruz bayramında “İran Air” və “Mahan Air”-dən başqa əlavə bir şirkətin də Bakıya uçuşlarını həyata keçirəcəyik. Bizim planımıza əsasən  10 min sərnişin daşınması həyata keçiriləcək”.

 M.Mir Rzayi onu da əlavə edib ki, gələcəkdə İranın digər şəhərləri, o cümlədən  Urmiya,  Məşhəd,  İsfahan və Şirazdana da uçuşların təşkili planlaşdırılır: “Hazırda hava nəqliyyatı ilə təşkil olunan turlar vasitəsilə Bakıya ayda iki-üç min sərnişin səfər edir. Yayda bu rəqəm altı-yeddi min nəfərə çatmışdı”.


İranın daha bir aviaşirkəti Bakıya uçuşlara başlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş İslama dəstək üçün hicab taxdı
    Keşiş bu yolla sağçı-radikal partiya lideri Alis Veydelin sözlərinə cavab verib
     27.05.2018
    Vəhabi krallığın hava limanı uçan aparatla vuruldu, uçuşlar ləğv olundu - VİDEO
    Yəmən Ordusu Səud rejiminin Əbha hava limanının PUA-larla atəşə tutub
     27.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ