1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:11.02.2020 11:04:54

İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində kontuziya alan hərbçilərin sayı 109-a çatıb.

İslamazeri.com Military.com-a istinadla xəbər verir ki, bunu Pentaqon bildirib.

Ordu və hərbçilərlə bağlı məşhur sayt olan  "Military" Pentaqona istinadla yazır ki, İranın Qasim Süleymaniyə qarşı edilən sui-qəsdə cavab olaraq atdığı 15 balistik raket 109 hərbçinin kəllə-beyin travması və kontuziya almasına səbəb olması, bazada olan hərbçilərin 5 faizi deməkdir.

"Pentaqon bu xəsarətləri yüngül hesab etsə də, yaralılar Almaniyanın Landstuhl Hərbi Hospitalı və ABŞ-a göndərilib ki, bu da ciddi xəsarətlərdən xəbər verir", -deyə "Military" yazıb.

Pentaqon yaralıların 70 faizinin İraqdakı xidmətlərinə qayıtdığını qeyd edib.

ABŞ Ordusunun Qərargahının rəisi Mark Milley daha əvvəl açıqlamasında "kəllə-beyin travması" diaqnozu ilə xəsarət alan hərbçilərin sayının artacağını açıqlamışdı.

Military.com saytı isə bu TBI xəsarətlərin normal şərtlərdə yaranan kəllə-beyin travması deyil, daha ağır nəticələr doğuran xəsarət adlandırıb.

Sayt yazır ki, adından göründüyü kimi hər hansı bir zərbə nəticəsində kəllə və baş beyinin müştərək zədələnməsi deməkdir. Kəllə-beyin zədələnməsi açıq və qapalı olmaqla iki yerə bölünür. Zərbə nəticəsində kəllə qapağının tamlığının pozulması ilə müşayət olunarsa onda bu açıq kəllə-beyin zədələnməsi, əks təqdirdə isə qapalı kəllə-beyin zədələnməsi diaqnozu qoyulur. Kəllə-beyin zədəsi almış hər bir kəs nevroloji simptomların meydana çıxıb - çıxmamasından asılı olmayaraq beyin qanaxması kimi fəsadlaşmanı vaxtında müəyən etmək üçün xəstəxanaya çatdırılmalı  və daimi nəzarətə götürülməlidir.

Kəllə-beyin travması idman şərtləri və ya yıxılma zamanı tez müalicə olarsa, xəstəlik aradan getdiyini yazan sayt, hərbi şəraitdə travmanın böyüklüyünə baxaraq müalicə olunurlar. Lakin müharibə zamanı bu cür travma alan hərbçilər ya əlil olaraq həyatını davam etməyə məcbur qalırlar, ya da bir müddət sonra həyat ilə vidalaşırlar.

TBI müzakirə olunarkən normal olaraq düşündüyümüz şey asanlıqla nəzərə çarpan simptomlara səbəb olmaq üçün kifayət qədər ağır və ya travmatik bir beyin xəsarəti olduğunu anlamalıyıq.

Beyin yaralandıqda, bir insan koma vəziyyətinə düşməkdən və qarışıq olmaqdan tutmuş şüurun dəyişməsini hiss edə bilər. Şəxsin yaralanmasına səbəb olan hadisədən dərhal əvvəl və ya sonra dərhal yaddaş itkisi ola bilər.


İranın ABŞ bazasına hücumunda yaralanan hərbçilərin sayı 109 oldu; bu bazadakıların 5 faizi deməkdir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020
    DSX: Düşmən təxribatı cavab atəşilə susduruldu
    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ