EURO 2,0032 NEFT 63,37
USD 1,7001 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:10.05.2017 16:21:49

Bəzi İrandakı daxili məsələlər, siyasi cərəyanlardan məlumatı olmayan yazar, jurnalist və ya siyasətçilər İrandakı seçkilərlə bağlı araşdırma, təhlil edirlər

İrandakı daxili məsələlər, siyasi cərəyanlardan məlumatı olmayan bəzi yazar,  jurnalist və ya siyasətçilər İrandakı seçkilərlə bağlı araşdırma, təhlil edirlər. Əslində isə aşağıdakı məlumatları bilmədən araşdırmanın kamil olmadığını bu yazını oxuyanlar biləcəklər.

İslamazeri.com Almaniyada cümə imamı olan, ilahiyyatçı və yazar Şeyx Səbahəddin Türkyılmazın "Rast Haber" saytında bu mövzuda yazdığı "İranda prezident seçkiləri necə analiz edilməlidir?" araşdırmasının əsas hissələrini tərcümə edərək oxucularına təqdim edir.  

Məlumat üçün bildirək ki,  Səbahəddin Türkyılmaz İranda yüksək dini təhsil alıb, İrandakı prosesləri yaxından izləyir və İran telekanallarında analitik və tətqiqatçı kimi analitik-verilişlərə (Azərbaycan və fars dilində) dəvət edilən türkiyəli araşdırmaçı-yazar Ziya Türkyılmazın qardaşıdır.

Fikri-siyasi cərəyanlar:

a-İslahatçılar:

İslahat tərəfdarı olan bu cərəyan, Qərbdən təsirlənmiş olaraq Qərbə uyğunlaşma təmin edəcək şəkildə islahat aparılması fikrini müdafiə edir. Reformistlər illərdir sistemin harasında islahat aparılmasını dəqiq bir şəkildə açıqlaya bilməsələr də söz və davranışlarından göründüyü qədərilə əsas hədəfləri Xətti-İmamda, İnqilabın prinsip, məqsəd və kursunda dəyişiklik aparılması fikirində və əzmindədirlər. Beynəlxalq cəmiyyət ilə qarşılıqlı təsir və sülh halında yaşamağı və qlobal sistemə inteqrasiya etməyi əsas prinsip olaraq mənimsəyirlər. İnqilab Rəhbəri ilə (red: Ayətullah Seyid Əli Xamenei) razılaşmaları simvolik olduğu üçün heç bir töhmətini, xəbərdarlığını nəzərə almırlar, öz fikri axınları istiqamətində hərəkət edərək etdiklərini təvil edər, Rəhbərin görüşünə uyğun olduğu görüntüsünü yaratmağa çalışırlar. Başda Qərb heyranı firavan təbəqə olmaqla cəmiyyətin müxtəlif təbəqələrində tərəfdarı olan bu nəzərin əsl tərəfdarları, liberallar, milliyətçilər və Qərb tərəfdarlarıdır.

Bəzi mühüm məsələlərə baxışları; İnqilab, Vilayəti-Fəqih, hegemonluqla mübarizə, müstəzəf və məzlumlar.

a) İnqilaba baxışları: İnqilabı qəbul etməklə yanaşı, inqilabın artıq bitdiyini, indi beynəlxalq aləm dedikləri böyük dövlətlərlə münasibətlərin qurulması lazım olduğunu müdafiə edirlər. İnqilabın ümumbəşəri idealları və vədlərini real görmür və bunu utopizm kimi dəyərləndirirlər.

b) Vilayəti-Fəqihə baxışları: Bunlara görə, Vilayəti-fəqihin konstitusiya çərçivəsində yalnız nəzarət və yoxlama funksiyası var, yəni simvolik bir məqamdır. Konstitusiya bir prinsip olduğuna görə, Vilayəti-Fəqihi xalq arasında rədd etməz və öz məqsədlərinə çatmaq üçün kamuflyaj kimi işlədirlər. Hətta öz işlərinin Rəhbərin razılığı və fikri əsasında davam etdirildiyini iddia edirlər.

c) Hegemonluqla mübarizəyə baxışları: Başda Amerika olmaqla Qərb imperial gücü ilə mübarizənin diplomatik sahədə və müzakirələrlə davam etməsini müdafiə edirlər. Müharibə dövrünün bitdiyini, müzakirə dövrünün başladığını iddia edirlər. Bunlar "ABŞ-ı qlobal kəndin kəndxudası olaraq görür"  və bu kənddə yaşamaq üçün kəndxuda ilə razılaşmaqdan başqa çarə olmadığına inanırlar və bunu dilə gətirməkdən çəkinmirlər.

d) Ölkənin daxili problemlərinin ancaq dünya ilə harmoniya və beynəlxalq cəmiyyətə inteqrasiya olunmaqla həll ediləcəyini müdafiə edirlər. Ən qabarıq xüsusiyyətləri getdikcə İnqilabın prinsiplərindən uzaqlaşıb Qərbin istədiyi liberal/mülayim İslama doğru yol almalarıdır.

b-Mühafizəkarlar:

Özlərini İslam inqilabının sahibi kimi görürlər. Başından bəri İnqilabın yanında, Rəhbərin (red: Ayətullah Xamenei) müdafiəçisi olduqları üçün bütün səlahiyyətlərin və hakimiyyətin öz nəzarətlərində olması lazım olduğunu düşünürlər. İslam İnqilabının reallaşmasında, İslam Respublikasının qurulmasında və yaşadılıb saxlanılmasında xalq və Vilayəti-fəqih amilini görməkdə çətinlik çəkirlər. İran İslam Respublikasını güclü dövlət olaraq görür, ona görə də maraqlarını qorumaq üçün kafir ölkələrlə əlaqə qurmada və masaya oturmaqda bir zərər görməzlər. Rəhbərin arxasında gizlənirlər, yəni Vilayəti-fəqihi (sanki) özlərinə qalxan edirlər. Vilayəti-fəqihin özlərindən güc aldığını düşünərək Rəhbəri, İnqilabın və Respublikanın həlledici orqanlarına təsir etməyə, idarə etməyə çalışırlar. Ən əsas səhvləri bütün məsuliyyətləri Vilayəti-fəqihə həvalə edib özlərini Rəhbərin arxasına gizlətmələridir. "Rəhbər varkən İnqilaba bir şey olmaz" fikri bunları eyforiyaya sürükləyir və məsuliyyət altına girməkdən çəkinirlər. Öz görəcəkləri işləri də Rəhbərə yükləyirlər.

a) İnqilaba baxışları; İran İslam İnqilabı dünyaya mesajını çatdırmışdır ki, artıq inqilabı təhlükəyə atacaq addımlardan çəkinməlidir; Xarici siyasətdə qonşularla və Qərblilərlə münasibətlərdə diqqətli olmalıdır. Daxili məsələlər prioritetdir, ancaq güclü olsaq və beynəlxalq qaydalar çərçivəsində xaric ilə məşğul olunmalıdır.

b) Vilayəti-fəqihə baxışları; Bütün məsuliyyətlərin rəhbərin üzərində olduğuna inanır və çox vaxt özlərini rəhbərin təbii qolları kimi görürlər. Rəhbər açıq bir əmr veribsə ona itaət edilir, verməyibsə rəhbərin sözlərindən vəzifə çıxarmaq, məsuliyyət götürmək rəhbərdən önə keçməkdir. Rəhbərə qarşı vəzifəmiz, bizə aşkar şəkildə verdiyi əmrlərdir.

c) Hegemonluğa baxışları; Hegemonla müharibədə qələbə gəlsə yiyələnirlər, qələbə gəlməzsə "onsuz da biz yox idik" deyirlər. Hegemonluqla mübarizə və məzlumların hüquqlarını müdafiə etmək İrana zərər verirsə, geri addım atılmalıdır. İnqılabı (İranı) qorumaq əzilən hüquqların hüquqlarını qorumaqdan daha əhəmiyyətlidir, - deyə düşünürlər.

c- İnqılabçı və vilayətçilər:

Mühafizəkar olmamaqla birlikdə mühafizəkar təbəqənin içindən çıxmış bir cərəyandır. Mühafizəkarların xətti-imamdan, İslam İnqilabının prinsiplərindən ayrıldığını və Vilayəti-fəqih sisteminin praktikaya keçirilməsində lazım olanı etmədiklərini düşünürlər. İslam İnqilabının və İslam dövləti sisteminin Vilayəti-fəqih sistemi olduğuna inanırlar; Bu səbəbdən İslam dövlətinin varlığını ancaq Vilayəti-fəqih fonunda İnqilab prinsiplərindən geri çəkilmədən inqılab ruhunun yaşadılması lazım olduğunu müdafiə edən bir düşüncə axınıdır. İslam respublikasının İslam İnqilabının prinsiplərinə sadiq qalması və təqib etməsilə güc əldə etdiyinə inanırlar. Dünyaya hakim birqütblü qələbə sistemi qarşısında müstəzəf və məzlumları himayəsi altında toplayacaq qarşı tərəf yaradılmasının zərurətini vurğulayırlar.

a) İnqilaba baxışları: İnqilab və inqilabçılıq bir ölkəylə məhdud deyil. Bu inqilabın mesajı və prinsipləri bütün dünya üzərində izlənilməli, bütün xalqlar hegemonluğa qarşı oyandırılmalı, İnqilabın yekun hədəflərilə tanış edilməli və İslam Respublikası bunun liderliyini etməlidir. İnqilabın idealları; Vəd etdikləri, qlobal şüarları daxildə və xaricdə hələ ki, reallaşmamışdır, dolayısı ilə bunun üçün İnqilabçılıq ruhunun yaşadılmasının lazım olduğunu müdafiə edirlər.

b) Vilayəti-fəqihə baxışları: Vilayəti-fəqihə qlobal ədalət dövlətinin yaradılması istiqamətində başlanğıc və İslam dövlət modeli kimi baxdıqlarına görə, birqütblü Qərb siyasət doktrinasının qarşısında bir prototip model kimi görürlər. İqtisadiyyat, siyasət, hüquq, təlim-tədris, təhsil, tərbiyə kimi sahələrdə Vilayəti-fəqih sisteminin müstəzəf xalqlara nümunə təşkil etməsi lazım olduğuna inanırlar.

c) Sionizm və hegemonluğa qarşı mübarizə yalnız müqavimət və dik duruşla mümkündür; Müzakirə və masaya oturmaq hegemonluğun oyunlarındandır, heç vaxt uğur gətirməz. Zülmkar hegemonluq ruhundan imtina etmədikləri müddətdə onların sözlərinə və vədlərinə etibar olmaz.

d) Ölkənin problemlərini həll etməyin yeganə yolu; Rəhbərin (Ayətullah Xamenei) istiqamətləndirmələri sayəsində xalqa söykənərək, xalqa xidmət edərək, daxili qüvvələr və ölkənin maddi və mənəvi resursları, imkanları ilə mümkündür. İnqilab zərər görməsin deyə, özlərini rəhbərə qalxan edirlər. Özlərini bu hədəf istiqamətində fəda etməkdən çəkinmirlər, öz siyasi gələcəklərini İslamın və İnqilabın gələcəyinə üstünlük vermirlər.

Bu qısa təqdimatdan sonra seçkilərdəki namizədlərin hansı cərəyanı təmsil etdikləri və hansılarının təmsil edilmədikləri və ya təmsil edilmədiklərinə inandıqları daha yaxşı aydınlaşar deyə, güman edirik. Namizədlikləri təsdiq olunan altı nəfərin adının açıqlanmasından sonra İnqilabçılar arasında başlayan, hələ də davam edən və gələcəkdə də davam edəcəyinə qəti gözlə baxılan bir mübahisə müşahidə olunmaqdadır. İnqilabçılardan bir hissəsi özlərini namizədliyi təsdiq olunmuş iki mühafizəkar namizədin təmsil edə biləcəyini müdafiə edərkən və bununla yetinilməsini irəli sürərkən bir qismi mühafizəkar namizədlərlə reformist-liberal namizədlər arasında əsas məsələlərdə bir fərq görmədiyini və bu səbəbdən seçkilərdə namizədləri olmadığına inanır. Davam edən seçki kampaniyası zamanı mühafizəkarlar namizədlərin xarici əlaqələr, ABŞ başda olmaqla xarici dünya ilə əlaqələr, nüvə müzakirələr və müqavimət cəbhəsi kimi məsələlərə toxunmaqdan qaçmaları və hətta bəzən mövcud mülayim-reformist Həsən Ruhani hökumətinin etdiklərini səthi olaraq tənqid etsələr də onu qəbul etmələri küsgün inqilabçı kütlələrin fikirlərini dəstəkləyən bir mahiyyətdədir.

P.S. Yazı müəllifin fikirlərini əks etdirir, İslamazeri.com-un mövqeyilə üst-üstə düşməyə bilər.


İrandakı fikri-siyasi cərəyanlar və ya oradakı seçkilər necə analiz edilməlidir? - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Yəmənə raket tədarükünə dair ABŞ-ın ittihamlarını rədd edib
    “Biz qəti şəkildə bu əsassız, məsuliyyətsiz, təxribatçı və destruktiv ittihamı rədd edirik”
     15.12.2017
    Ölkəmizdə də
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-hotellər" adlı dövlət standartı layihəsi hazırlanır.
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ