EURO 1,884 TRY 0,2966
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:07.05.2019 10:02:01

İran İslam Respublikasının Babol şəhərində 9-cu Vareş Beynəlxalq Film Festivalı keçirilib

İslamazeri.com xəbər verir ki, aprel ayının 29-dan may ayının 5-dək İran İslam Respublikasının Babol şəhərində 9-cu Vareş Beynəlxalq Film Festivalı keçirilib. Bu haqda Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat verilib.

 Festivalda ölkəmizi Əməkdar incəsənət xadimi, kinorejissor və operator Nizami Abbas, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, gənc rejissor Zəhra MirRza və prodüser Elşən Əliyev təmsil ediblər.

Azərbaycanın “Qanadsız möcüzə” qısametrajlı bədii və “Azərbaycan xalçası”, Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmləri festivalın müsabiqə proqramında iştirak etmiş və kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Bundan əlavə, “Çovqan”, “İz...Qala”, “Miras”, “Şəki”, “O kimdir”, “Sovqat”, “Bakı əsrlərin aynasında”, “Azərbaycan mətbəxinin rəngləri” sənədli filmlərimiz “Azərbaycan proqramı” çərçivəsində festival günlərində İran tamaşaçılarına nümayiş etdirilib.

Festivalda həmçinin Azərbaycan kinosuna həsr olunan tədbir keçirilmiş, milli kinomuzun tarixi və bugünü haqqında iştirakçılara, eləcə də İran televiziya kanallarına və KİV-lərinə ətraflı məlumat verilib.


İrandakı beynəlxalq festivalda Azərbaycan filmləri maraqla qarşılanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Qarabağ"ın yay fasiləsində heyətinə qatdığı fransalı futbolçu Maqaye Qeyenin müqaviləsinin detalları bəlli olub.
     22.08.2019
    Bakıda gənc qız ölümlə hədələnib
    Bu barədə polis xəbər verilib.
     22.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ