1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:19.05.2017 09:36:35

İrandakı prezident seçkiləri start götürdü.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, bu gün - cümə günü İranın bütün şəhərlərindəki seçki məntəqələri prezidenti seçkiləri ilə əlaqədar açılıb.

Seçkilər yerli vaxtla saat 08.00-da başlayıb və saat 18.00-da bitəcək, lakin, çox güman ki, seçki məntəqələrinin iş vaxtı yüksək seçici iştirakına görə uzadılacaq.

İran Milli Seçki Komissiyasının məlumatına görə, 56 milyon ölkə vətəndaşı səsvermə hüququna sahibdir. Ümumilikdə 63 minə yaxın məntəqə açılıb.

“Press TV” telekanalı bildirir ki, İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamenei də ölkədəki prezident seçkilərində səs verib.

Seçkilər çox mühümdür və ölkənin taleyi xalqın əlindədir.”, - deyə paytaxt Tehran şəhərindəki seçki mənqətəsində səs vermiş Ayətullah Xamenei bildirib.

Qeyd edək ki, 4 namizəd var: hazırkı Prezident Həsən Ruhani, Ayətullah İbrahim Rəisi, keçmiş vitse-prezident Mustafa Haşemi-Təba və mühafizəkarların namizədi Mustafa Ağa-Mirsəlim. Əgər onlardan heç biri 1-ci turda səslərin  50 faizindən çoxunu toplaya bilməsə, o zaman 1 həftə sonra ən çox səs toplamış 2 namizədin iştirakı ilə 2-ci tur baş tutacaq.

Prezident seçkiləri ilə eyni zamanda İrada şəhər şurasına və parlamentə əlavə seçkilər də keçiriləcək.

Seçkilər güclədirilmiş təhlükəsizlik tədbirləri şəraitində baş tutacaq. Təhlükəsizliyi təqribən 300 min hüquq-mühafizə orqanı əməkdaşı təmin edəcək.


İranda seçkilər başladı: Ayətullah Xamenei səs verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ