EURO 2,0368 NEFT 55,35
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:28.04.2017 20:26:35

İranda islahatçıların təbliğat mərasimində aparıcının qalmaqallı sözləri ölkədə gündəmə səbəb olub

İslamazeri.com “İran mediasına istinadən xəbər verir ki, Həsən Ruhaninin təbliğat sisteminin İlam şəhərində keçirdiyi mərasimdə İmam Rzaya (ə) qarşı hörmətsizlik olub. "Fars" xəbər agentliyi məlumat verir ki, əsas dəstəyi Xorasan, Məşhəddən olan Ayətullah Rəisini hörmətdən salmaq istəyən aparıcı, İmam Rzaya (ə) xitabən deyib: “Bizim Məmunla əlbir olub, sənə zəhərli üzüm verdiyimizimi düşünürsən? Yəni siz deyirsiniz ki, biz yeddinci imamdan sonra bir başa doqquzuncu imamın arxası ilə gedək? Ya bizim ömrünü zindanda keçirən imama həvalə etmək istəyirsən? Rzacan! Sizin geniş xanlığınızdan bizə çatan bir neçə kilo yer alması oldu ki, onu da qonşu şəhər Xuzestan bizə verdi. Ətə gücümüz çatmır ki heç, ceyrana da siz zamin durdunuz deyə ətindən istifadə edə bilmirik. Yer almasını da ki, bizə siz göndərmədiniz. Yalnız noxudla bozbaş düzəltmək olmaz ki, əzizim! Sonra da millət ismailiyyə məzhəbinə irad tuturlar ki, niyə yeddi imamları var. Elə bu işlərinizdir ki, belə nəticələnir Ağacan! Etməyin! Heç yer almasını da yollamayın. Biz elə noxudun suyu ilə başımızın çarəsinə baxarıq.” Adı çəkilən agentlik xəbərin videosunu da təqdim edib.

Bundan sonra məsələyə ilk etirazı nüfuzlu mərcəi təqlid müctehidi Ayətullah Məkarim Şirazi edib.

Nüfuzlu alimin rəsmi saytında yayımanan bəyanata istinadla bütün İran mediası bu açıqlamanı yayımlayıb. İslamazeri.com Makarem.ir-ə istinadən xəbər verir ki, Həsən Ruhaninin İlam şəhərində təbliğat-təşviqat mərkəzində baş verən qalmaqallı olaya münasibət bildirən Ayətullah Məkarim Şirazi deyib: “Xəbərlərə görə, seçki mərkəzlərinin birində İmam Rzaya (ə) qarşı hörmətsizlik olub və İmam,  xəbis biri tərəfində ələ salınıb. Bu iş ən çirkin addımlardandır. Biz bunu tənqid edir və ən qısa zamanda həmin şəxsin mühakimə olunması və cəzalandırılmasını tələb edirik. İmamların məqamı çirkin və cinayətkarların oyuncağına çevrilməməlidir.”

 


İranda Ruhaninin seçki təbliğat-təşviqat mərkəzində İmam Rzaya (ə) hörmətsizlik - İLK ETİRAZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Toyda Rəşad Dağlı ilə Nicat arasında olan davanın görüntüləri - VİDEO
    Davaya səbəb kimi Nicatın Rəşad Dağlının açdığı qafiyəni saxlatdırması göstərilir.
     20.09.2017
    Azərbaycanda bal yarmarkası keçiriləcək
    Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək.
     20.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ