EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:14.04.2017 18:19:22

Ayətullah Rəisi Şəhid Behiştinin yetirməsi kimi tanınır....

İslam Respublikasında təxminən 40 gündən sonra keçiriləcək olan prezident seçkiləriylə bağlı son vəziyyət belədir:

Həsən Ruhani: İslahatçılar vahid namizəd olaraq Həsən Ruhanini dəstəkləsələr də, nə islahatçılar, nə də xalq ondan razı deyil. Onun əsas problemi verdiyi sözlərə əməl etməməsi idi. Bəlkə də bunu hardasa anlamaq olardı, lakin onun verdiyi sözləri kökündən danması və bəzən yozması xalqın narahatçılığına səbəb olub.

Ayətullah Rəisi: Mühafizəkarlar və dini hövzələrin nəzərini cəlb edən “İslam İnqilabı qüvvələrinin xalq cəbhəsi”nin əsas namizədi Ayətullah Rəisidir.  İran tarixində son illərdə ilk dəfədir ki, ictihad sahibi prezidentliyə namizədliyini irəli sürür. Ayətullah Rəisi hazırda mediada qəhrəman olaraq nümayiş etdirilir. Hətta müxtəlif xalq kütlələri də ondan prezindetliyə namizədliyini irəli sürməsini istəmişdi. Bir çox xalq kütlələri Onun ölkədə olan problemlərin həll edəcəyini düşünür.

Ayətullah Rəisi Şəhid Behiştinin yetirməsi kimi tanınır. Belə ki, İran İslam inqilabından sonra Şəhid Beheşti 70 nəfərlik qrup yaradaraq, onları inqilabın gələcək kadrı olaraq yetişdirir. Ayətullah Xamenei, Şəhid Beheşti və Mütəhhəri kimi dahilərin təlim keçdiyi bu siyahıda Ayətullah Rəisinin də adı yer alıb.

Ayətullah Rəisi barədə diqqəti çəkən başqa bir məsələ də var. O hazırda Mübariz Ruhanilər cəmiyyətinin və Xobreqan məclisinin üzvüdür. O bundan əlavə Xobreqanın təqiqat komissiasında da yer alır. Qeyd edim ki, bu komissiada 3 nəfərlik qrup yaradılaraq, ölkənin yeni rəhbərini Xobreqana təklif etmə vəzifəsi tapşırılıb. Ayətullah Rəisi həm də İmam Rzanın (ə) hərəm məsulu və ruhanilərə özəl məhkəmənin də baş prokurorudur. Qeyd edim ki, son 2 postun məsulları bir başa olaraq Ayətullah Xamenei tərəfindən təyin olunur. Ayətullah Rəisinin bu postlara rəhbərlik etməsi Onun Ayətullah Xameneinin gözündə olan dəyərinin göstəricisidir. Onun həmçinin 14 ilə yaxın Ayətullah Xameneinin xaric dərslərində iştirak etdiyi bildirilir.

Həmidrza Bəqai: Eks prezident Mahmud Əhmədinejadın icraçı müavini olan Bəqayi də öz namizədliyini irəli sürənlərin arasında yer alıb. Adının seçkilərdə hallanması özünə görə yox, eks prezidentə görədir. Mahmud Əhmədinejad etdiyi xidmətlər səbəbiylə (xüsusən ilk 4 ilində) xalq arasında xüsusi hörmətə sahibdir. Lakin o seçkilərdə iştirak etməyəcəyinə söz verib. Xüsusən də Ayətullah uzma Xameneinin seçkilərdə iştirak etməməsiylə bağlı tövsiyəsindən sonra, onun başqa şansı da yoxdur. O dünən (12.04.2017) seçkilərə görə qeydiyyatdan keçsə də, verdiyi sözə vəfadar olduğunu və bu addımın sırf cənab Bəqaiyə dəstək ünvanında etdiyini bildirib. Lakin Bəqainin səlahiyyətinin qəbul edilməyəcəyi demək olar ki, qətidir. Onun keçmişdə siyasi arenada addığı yanlış addımların buna səbəb olacağı bildirilir.

Nəticə olaraq demək olar ki, Həmidrza Bəqai variantı demək olar ki, təsirli deyil. Çünki nə Bəqai, nə də Mahmud Əhmədinejad prezidentliyini irəli sürməkdən məhrum olacaqlar. Əhmədnejad, Rəhbərin tövsiyəsinə baxmayaraq seçkilərdə iştirak etsə belə, itaətsizliyinə görə ona olacaq dəstək minimuma enəcəkdir. Sual ortaya çıxır ki, bəs bu qrup niyə namizədliyini irəli sürdü? Bəziləri bu addımın gündəmdə qalmaq üçün atıldığını düşünsə də, bəziləri isə Əhmədnejadın öz qüvvəsini göstərərək, namizədlərdən kiminsə tərəfinə geri çəkilməsi ehtimalını verir. Yəni mümkündür ki, Əhmədnejad hansısa məsələ barəsində namizədlərdən biriylə razılaşaraq, tərəfdarlarını ona səs verməyə yönləndirsin.

Həsən Ruhani variantı da fikrimcə o qədər də gündəmdə deyil. Dediyim kimi, xalq, hətta islahatçılar belə ona olan inamını itirib.

Bu gün İranda belə bir deyim formalaşıb: İranın yeni prezidenti ruhanidir, lakin Ruhani deyil. Onların məqsədi Ayətullah Rəisidir. Həm ruhanidir, həm də (Həsən) Ruhani deyil. Düzdür, hələ çox tez olsa da, fikrimcə yeni prezident Ayətullah Rəisidir. Fikrimcə əgər mühfizəkarlar Ayətullah Rəisinin seçilməyəcəyinə 1 faiz ehtimal versəydilər, Onu bu dəfəki seçkilərə deyil, növbəti seçkilərə saxlayardılar. Digər tərəfdən onun həm ruhani, həm seyid, həm də rəhbərə bağlı olması, həm də uğurlu idarəçi olması fikrimcə ciddi özəlliklərdi.

Digər bir məsələ isə rəhbəriyyətlə bağlıdır. İmamın zühuruna az qaldığını və Ayətullah Xameneinin rəhbəriyyəti dönəmində zühurun gerçəkləşəcəyinə ümid və dua etsək də, bunun əksini də nəzərə almalıyıq. Belə olan halda “növbəti rəhbər kim olacaq?” sualı ortaya çıxır. Fikrimcə seçiləcək olan rəhbərin (xüsusən hazırki şəraiti və düşmənin hücum və planlarını nəzərə alaraq) ən azı 2 özəlliyi olmalıdır: xalqın sevimlisi və nüfuz zahib olması, həm də uğurlu idarəçilik keçmişinə sahib olması. Fikrimcə növbəti rəhbəriyyətə, hazırda bu 2 xüsusiyyətə sahib olan kimsə yoxdur. Lakin bu seçkilərlə Ayətullah Rəisi hər 2 özəlliyə sahib ola bilər. O ölkədə olan problemləri, xüsusən işsizlik və məişət problemlərini həll edərək xalqın sevimlisinə, həm də uğurlu idarəçilik təcrübəsinə sahib ola bilər. Belə düşünürəm ki, bu gizli bir plandır və elə buna görə də, prezidentliyə ilk günlər meyilsiz olan Ayətullah Rəisinin fikrini dəyişmək üçün müxtəlif psixaloji təzyiqlər oldu. Onu meydana salmaq üçün ölkə daxili və xaricində xahiş, təklif məktubları yazıldı. Hər bir halda, qəti fikir bildirmək üçün çox tezdir. Bunu namizədlərin edəcəyi çıxışlar, sərgiləcəyi mövqelər daha aydın şəkildə müəyyən edəcək.

Ən düzgününü bilən Allahdır!

Ruhullah Novruzzadə "İslamazeri" üçün...


İranda prezident seçkiləri barədə qeydlər...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Türkiyə şiələrinin lideri
    Türkiyənin tanınmış din alimi, şiə liderlərindən olan Səlahəddin Özgündüz cümə xütbəsində "Haşdi Şabi"ni müdafiə edib
     21.10.2017
    Hadi Əmiri:
    Kürd media orqanlarının "Həşd-Şabi" qüvvələrinin Kərkükə daxil olduğu yönündə yaydığı spekulyasiyalara etiraz edən Əmiri bu iddiaları rədd etdi.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ