EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:18.04.2019 10:35:23

Bu gün 18 aprel(29 fərvərdin) İran İslam Respublikasında ordu günüdür.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasında İslam İnqilabının banisi İmam Ruhullah Xomeyninin elanı ilə ordu günü qeyd edilir

İranda hicri şəmsi tarixi ilə 29 fərvərdinin(18 aprel) ordu günü adlandırılması təklifi İran İslam Respublikasının banisi İmam Xomeyni tərəfindən ordunun ölkə daxilində və xaricdə bir sıra destruktiv yanaşmalar və təxribatçılıq ilə üz-üzə olduğu zamanda irəli sürülmüşdü.

Ordu günü münasibəti ilə İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün çıxış edib və ordunun nümunəvi bölmələri, həmçinin İnqilab Keşikçiləri Korpusunun hərbçiləri də prezident və digər yüksək səviyyəli ordu komandanlarının önündən parad  yürüşü ilə keçiblər. 

SEPAH-ın həmçinin Silahlı Qüvvələrin quru, dəniz və hava qoşunlarının nümunəvi bölmələrinin Tehranda keçirilən hərbi paradı ilə  yanaşı İranın cənub və şimal sularında da dəniz qoşunlarının iştirakı ilə iki hərbi parad keçirilir. İlk dəfədir ki, bu paradda "Kövsər" tipli yerli qırıcılar məkanın səmasında hava manevri edib. Bundan başqa "Saeqə" tipli qırıcı, 3 "Miq29" qırıcısı, bir ədəd 707 tipli yanacaqdaşıyan hərbi təyyarə və bir ədəd f-14 tipli qırıcı paradda iştirak ediblər. 

Paradda çıxış edən İran İslam Respublikasının prezidenti Həsən Ruhani  Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı terrorçu adlandırmasını çirkin addım adlandırıb və deyib ki,  Sepah-a və silahlı qüvvələrə hörmətsizlik, İran xalqına hörmətsizlik deməkdir.

"Bu gün Amerika və sionist rejim regionda sabitlik, təhlükəsizlik, birlik, qardaşlıq və milli maraqların qorunmasının mövcud olmasını istəmirlər. On səkkiz il bundan öncədən bəri amerikalılar regionda- Əfqanıstan, İraq və Suriyadan tutmuş Livana, Yəmənə və digər ölkələrədək öz hərbi müdaxilələri ilə region xalqları üçün dağıntı və bədbəxtlikdən savayı bir şey buraxmadılar. ABŞ onun regiondakı əlaltıları və sionist rejim ağıllarına belə gətirmirdilər ki, region xalqları onların terrorçulardan ibarət vasitəli qüvvələrinin hamısını Yaxın Şərq regionunda məhv edə və onları işğal etdikləri torpaqlardan çıxara biləcəklər. İran İslam Respublikası üçün önəmli olan məsələ, terrorizmin sonu və region ölkələrinin sabitliyi, təhlükəsizliyi və istiqlaliyyətidir.", -deyə Hsən Ruhani əlavə edib.

İran İslam Respublikası ordusu kimi SEPAH-da İranın təhlükəsizliyi və müdafiəsinin təmin edilməsində önəmli rola malikdir. Qeyd edək ki, ABŞ İranın İnqilab Keşikçiləri Korpusu - SEPAH-ı terror siyahısına alması, İslam Respublikasında SEPAH-a olan simpatiya və dəstəyi dəfələrlə artırıb.


İranda Ordu günü qeyd edilir, ilk dəfə Kövsər qırıcıları... - VİDEO, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropalı deputatdan hicaba dəstək: Qadağanı pislədi
    Avstriyalı deputat hicab qadağasını pisləyib.
     21.05.2019
    Əhsən Nuruzadə cərimə təcridxanasına salınıb
    "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadə 6 saylı Cəzaşəkmə Müəsisəsində cərimə kamerasına salınıb
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ