1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.01.2018 14:17:12

İran İslam Respublikasında matəm elan olunub

İslamazeri.com xəbər verir ki, İranın "Sançi" neft tankerinin qəzaya uğraması və 32 ekipaj üzvünün hamısının bu hadisədə həyatını itirməsinin ardınca İran hökuməti bir bəyanat yayaraq, ölkədə ümumi matəm elan edib.

İran hökumətinin dünən yaydığı bəyanatda hadisə qurbanlarının ailələrinə və  yaxınlarına başsağlığı verərək,  bazar ertəsi gününü ölkədə ümumi matəm elan etmişdi.

Qeyd edək ki, yanvarda Çinin şərq sularında Honq Konqa məxsus yük gəmisinin İranın neft tankeri ilə toqquşması nəticəsində İranın neft tankeri yanğına məruz qalmışdı. İranın Limanlar və Dənizçilik Təşkilatı bu gün "Sançi" neft tankerinin sulara qərq olması və 32 ekipaj üzvünün hamısının bu acı hadisədə həyatını itirməsi xəbərini təsdiq etmşdi. "Sançi" tankerinin 32 ekipaj üzvünün 30-u iranlı, 2-si isə Banqladeş vətəndaşı olub.

İRNA-nın verdiyi məlumata görə, iranlı dənizçilərin cənazələri ekspertizaya təhvil verilib və qara qutu isə İran, Çin və Panama ölkələrinin nümayəndələrinin iştirakı ilə plomp edilib və lazımı araşdırmalar üçün Ümumdünya Dənizçilik Təşkilatına göndərilib.

İki iranlı dənizçinin cənazəsi üzərində onların kimliyinin müəyyənləşdirilməsi məqsədi ilə DNT testləri həyata keçiriləcək.

İran gəmisinin durumunu araşdırmaq üçün Çinin Şanxay şəhərinə səfər etmiş İran İslam Respublikası İslami Şura Məclisinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Məhəmməd Mehdi Brumənd deyib: Həyata keçirilmiş araşdırmalar göstərir ki, Çin və İranın xilasetmə qrupları Sançi gəmisində baş verən yanğının söndürülməsi üçün bütün səylərini həyata keçirmişlər.

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei məsələ ilə bağlı başsağlığı bəyanatı verib. 

"İranın neft tankerində yanğının çıxması və bunun ardınca tankerin qərq olması kimi acı və kədərli hadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına səmimi şəkildə başsağlığı verir və Allahdan onların kədərli ürəklərinə təsəlli və sakitlik bəxş etməsini diləyirəm. O əziz insanlar vətənə xidmət edərkən, vəzifə başında can veriblər və bu, bəlkə də kədərin acısını azalda biləcək, qəmli ürəklərə sakitlik bəxş edə biləcək böyük bir fəxrdir. Allah Taladan onlara rəhmət və məğfirət, müsibətli ailələrə isə səbr və əcr diləyirəm.", - bəyanatda deyilir.


İranda matəm elan olunub - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ