1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:28.04.2020 03:34:29

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 70933 nəfər sağalıb və xəstəxanalardan buraxılıb

İslamazerı.com İran mediasına istinadən xəbər verir ki, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpur dünən müxbirlərlə müsahibədə ölkədə koronavirusa yoluxanların son sayı ilə bağlı ötən sutka ərzində 991 yeni yoluxmuş xəstənin aşkar edildiyini bildirib. Qeyd edib ki, indiyədək qəti diaqnoz meyarlarına əsasən, İranda 91 472 nəfər COVID-19-a yoluxub.

"Bu gün 36 gündən sonra COVID-19-a gündəlik yoluxma ilə yeni halların sayı mindən aşağı olub.", -deyə Kiyanuş Cəhanpur əlavə edib.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri həmçinin ötən sutka ərzində 96 nəfərin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 5 min 806 nəfərə çatıb.

Dünyada da koronavirusa yoluxanların sayı üç milyon nəfəri ötüb keçib. Onlardan azı 207 min nəfər həyatını itirib, 883 min nəfərdən çox insan da sağalıb və xəstəxanalardan buraxılıb.

Qeyd edək ki, faiz hesablamalrına görə, İranda ümumi koronavirusa yoluxanlardan 77.55 faiz sağalıb, ümumi yoluxanların 6.35 faizi isə dünyasını dəyişib. Gündəlik yoluxma faizi 1.08 faiz, vəfat sayı isə 0.1 faizdir.

Müqayisə üçün bildirək ki, hesablamalarda ABŞ-da ümumi yoluxan 1 milyon 10123 nəfərin 138,989  nəfəri sağalıb ki, bu da  13.76 faiz deməkdir, ölüm sayının faiz göstəriciləri isə 6-ya yaxındır.


İranda koronavirusa yoluxanların 77.55 faizi sağalıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020
    Məğlubiyyət daha bir yüksək rütbəli məmuru yıxdı: Ermənistanın müdafiə naziri də istefa verdi
    Bu barədə “Aravot” qəzeti öz mənbələrinə istinadən məlumat verib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ