1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:28.03.2020 12:43:58

İranda yeni koronavirus (COVID 19) diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb.

İslamazeri.com Trend-ə istinadən məlumatına görə, bunu İranın Təhsil, Mədəniyyət və Araşdırma Akademik Mərkəzinin (Academic Center for Education, Culture and Research) direktor müavini Məhəmməd Rza Purabedi Fars informasiya agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranda koronavirus diaqnozu testlərinin çatışmazlığını nəzərə alaraq mərkəzin nəzdində fəaliyyət göstərən İranın Bioloji Ehtiyatlar Mərkəzi (Iranian Biological Resource Center ) və Motəmed İnstitutu (Motamed Cancer Institute) araşdırmalara başlamışdılar.

Purabedi əlavə edib ki, Motəmed İnstitutunun hazırladığı testlər istehsal olunur və Bioloji Ehtiyatlar Mərkəzinin testləri sınaq mərhələsindən keçib. Lazımi lisenziyalar alındıqdan sonra onun da istehsalına başlanacaq.

Qeyd edək ki, İran yeni koronavirusun diaqnozu testinin "COVIMED" adı altında istehsal olunduğunu bildirib.


İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəladan canlı yayım - Azərbaycan və xalqı dua edilir
    İlahiyyatçı laim Onurşah Rahmani Kərbəladan canlı yayım başladıb
     23.05.2020
    Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...
    Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ