1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:29.06.2017 16:04:26

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılığa əsasən iyulun 3-9-da İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb.

İslamazeri.com bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti bildirib ki, Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx və miniatür kitab sərgiləri keçiriləcək.

"Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsi məqsədi ilə təşkil olunur. Tədbir çərçivəsində Tehrandakı Vəhdət Sarayında Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və solistlərin iştirakı ilə Azərbaycan və İran bəstəkarlarının əsərlərindən ibarət Qala konsert, Tehran İncəsənət Akademiyasında Azərbaycan Fotoqraflarının əsərlərindən ibarət “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi, iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüş və təqdimat, Ərəsbaran Mədəniyyət Mərkəzində Azərbaycan filmlərinin nümayişi, eyni zamanda Tehrandakı “Hünər” Sarayında Azərbaycan Dövlət Musiqili Teatrının Ü.Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşanın nümayişi nəzərdə tutulur”- deyə məlumatda bildirilir.

Mədəniyyət Günlərində iştirak edəcək nümayəndə heyətinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcək.


İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriyalı kürdlər Mənbiçdən tamamilə çıxdı
    Suriyalı kürdlərin silahlı təşkilatı YPG qüvvələrinin bazar günü Mənbiç şəhərindən tamamilə çəkildiklərini bildirib.
     17.07.2018
    Tənha səyahət edən qadın və ya kişilər müsəlman ölkələrini seçirlər - ARAŞDIRMA
    Təkbaşına səyahət edən turistlərin seçdiyi ölkələrlə bağlı araşdırma aparılıb.
     17.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ