"İsrail rejimi isə öz növbəsində bölgənin və dünyanın ən böyük təhdididir."

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bölgədə olan vəziyyətlə bağlı açıqlama verib.
Türkiyənin mühüm qonşu olduğunu deyən Zərif bildirib: “Bu ölkənin bizimlə dostlq əlaqələri var, lakin terrorçu qrupların maliyyələşməsinə mane olmalıdır. Ankara bölgədə ən əsas və təsirli tərəflərdən biridir.”
ABŞ və İsraillə bağlı da fikirlərini bölüşən nazir bildirib: “ABŞ-ın yeni hökuməti İrana qarşı sanksiyaların faydasız olduğunu və ən ideal yolun nüvə razılığına əməl etmək olduğunu anlayacaq. İsrail rejimi isə öz növbəsində bölgənin və dünyanın ən böyük təhdididir. İsrail rejimi Səudiyyə Ərəbistanı ilə birgə İranın nüvə razılığının imzalanmasına maneçilik törədirdilər. İndi isə razılığın icra olunmasına qarşı çıxırlar.”
İran XİN: Türkiyə terrorçu qrupların maliyyələşməsinə mane olmalıdır