EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.09.2019 17:00:28

İran və Rusiya ABŞ milli təhlükəsizlik müşaviri Con Boltonun vəzifəsindən uzaqlaşdırılmasına münasibət bildiriblər.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, İran və Rusiya  ABŞ milli təhlükəsizlik müşaviri Con Boltonun vəzifəsindən uzaqlaşdırılmasına münasibət bildiriblər.

İran hökumətinin sözçüsü ABŞ milli təhlükəsizlik müşaviri Con Boltonun vəzifəsindən getməsinin Birləşmiş Ştatlar prezidenti Donald Tramp administrasiyasının İranla "daha qərəzsiz bir şəkildə" davranmasına imkan verə biləcəyini deyib.

Əli Rəbieyi çərşənbə günü Boltonun "Amerikanın aqressiv siyasətinin simvolu" olduğunu və İrana qarşı düşmənçiliyi olduğunu bildirib. İran rəsmiləri, o cümlədən xarici işlər naziri Məhəmməd Cavad Zərif dəfələrlə Boltonun Birləşmiş Ştatlarla İran arasında gərginliyin aradan qaldırılması yolunda dialoqa qarşı olan bir fiqur olduğuna işarə ediblər. 

Rusiya Xarici İşlər nazirliyi isə milli təhlükəsizlik müşaviri Con Boltonun vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar olaraq Vaşinqtonla münasibətlərdə münasibətlərin yaxşılaşdırılması istiqamətində gözləntiləri olmadığını bildirib.

Xarici işlər nazirinin müavini Sergey Ryabkov çərşənbə günü RİA xəbər agentliyinə bildirib ki, Moskva bundan əvvəl də Amerika administrasiyasında yerdəyişmələrin münasibətlərin yaxşılaşdırılmasına gətirib çıxarmadığını qeyd edib.

“Buna görə də yerdəyişmələr, kiminsə vəzifəsindən çıxarılması, ya da vəzifəyə təyin olunması ilə bağlı hər hansı bir gözlənti ola bilməz” – deyə, Ryabkov bildirib.

Ryabkov deyib ki, Rusiya bəyanatlar deyil, niyyətlərə əsasən nəticə çıxaracaq. Onun sözlərinə görə, dəyişikliyə inkişafın əldə edilməsi işarə edəcək. 

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Ağ Evin milli təhlükəsizlik müşaviri Con Boltonu vəzifəsindən kənarlaşdırdığını elan edib. Tramp xarici siyasət və müdafiə məsələlərində sərt və müdaxiləçi kimi mövqeyi ilə tanınan Boltonla İran və Şimali Koreya da daxil olmaqla bir sıra məsələlərdə ciddi fikir ayrılıqlarının olduğunu qeyd edib.

Hazırda Moskva və Vaşinqton arasında münasibətlər soyuq müharibə dövründən sonra ən aşağı səviyyədədir. Münasibətlərdə gərginliyə Ukrayna və Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə məsələləri səbəb olub.


İran və Rusiyadan Trampın müşavirinin işdən çıxarılmasına münasibət

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ