1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:24.02.2020 17:26:16

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Islamazeri.com xəbər verir ki, İran-Azərbaycan sərhədində heç bir məhdudiyyət tətbiq edilməyib.

Bu barədə Sputnik Azərbaycan-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, daha əvvəl bir sıra yerli KİV-də İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ilə sərhədi bağladığına dair məlumatlar yayılıb.

Xatırladaq ki, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi bildirib ki, İranda koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb: "Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir".

Çində isə koronavirusa yoluxmuşların sayı artıq 77 min nəfəri ötüb. Xəstəlikdən ölkədə 2592 nəfər ölüb. Lakin 24 mindən çox insanın sağaldığı bildirilir. ÜST-ün məlumatına görə, Çindən kənarda yoluxma hallarının sayı 1769-a çatıb, 17 nəfər dünyasını dəyişib. Koronavirusdan ölüm halları artıq İran və İtaliyada qeydə alınıb.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkənin mərkəzi hissəsində (Hubey əyaləti) yerləşən Uhan şəhərində naməlum pnevmoniyanın yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər. ÜST bu koronavirusun yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal elan edib və xəstəliyə rəsmi olaraq "COVID-19" adını verib.


İran səfirliyi təkzib etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Şəhristanilə danışdım, müalicə kursu uğurla sona çatıb
    Bunu “Alulbayt Gürcüstan”ın rəhbəri, Ayətullah Şəhristaninin Gürcüstan nümayəndəsi Hacı Faiq Nəbiyev bildirib.
     07.07.2020
    Məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir
    Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
     06.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ