1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:19.05.2017 18:30:47

İranda keçirilən seçkilərdə 7 qeyri qanuni məsələ qeydə alınıb.

İslamazeri.com “Farsnews”-a istinadən xəbər verir ki, birinci etiraz və qeyri qanuni fakt Seyid İbrahim Rəisinin tanındı adın qeyd olunmamasıdır. Belə ki, hamının “Rəisi” olaraq tanıdığı İbrahim Rəisinin adı “Seyid İbrahim Rəisul-sadat” olaraq qeyd olunub.

İkinci fakt isə, Ayətullah Rəisi tərəfindən təyin olunan mütəxəssislərin nəzarətinə süni maneələr yaradılması olub. Bir sıra seçki məntəqələrində isə ümumiyyətlə Ayətullah Rəisinin nəzarətçilərinə fəaliyyət etməyə icazə verilməyib.

3-cü qeyri qanuni fakt isə bəzi şəhərlərdə seçkilərin gecikmələrlə başlaması olub.

4- Bəzi məntəqələrdə seçki prosesini həyata keçirən şəxslər dövlətin rəmzi olan bənövşəyi rəngdə olan qolbaqlardan istifadə edib. 5- Bəzilərində isə, savadı olmayan şəxslərin yerinə onlardan icazə almadan Həsən Ruhaninin adı yazılıb.

6- Ayətullah Rəisiyə səs verənlərin əksərinə möhür vurulmayıb. Möhürsüz sənədlərin isə ləğv olunacağı bildirilir. Bu da növbəti seçki saxtakarlığı olaraq qeydə alınıb.

7- Namizədlər dünən səhər saat 8-ə qədər bütün təbliğat fəaliyyətlərini dayandırmalı idi, lakin Həsən Ruhaninin təbliğat sistemlərindən bəzilərinin fəaliyyəti hələ də davam etməkdədir.

Qeyd edək ki, digər neqativ halı "Təsnim" agentliyi təqdim edib. Sayt fotofakt təqdim edərək seçki bülletenində Həsən Ruhaninin adının daha böyük yazılmasını sübut edib. (İkinci ad Ruhaninin adıdır)


İran seçkilərində 7 neqativ hal

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya və İran: ABŞ-ın nüvə müqaviləsinə qarşı münasibəti məsuliyyətsizlikdir
    İran və Rusiya xarici işlər nazirlərinin müavinləri Amerikanın nüvə razılaşmasına qarşı münasibətini məsuliyyətsiz və gərginlik yaradan tendensiya kimi qiymətləndirib.
     20.10.2017
    11 yaşlı qız ABŞ-ın ən gənc alimi oldu - FOTO
    Qitancali Rao bu ilin 3M Gənc Alim Yarışmasını qazanaraq ABŞ-ın bu mükafatı alan ən gənc alimi olub.
     20.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ