EURO 1,9474 NEFT 79,13
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:24.04.2018 22:58:09

İran hökmdarı Rza şah Pəhləvinin mumiyasının Tehran şəhəri yaxınlığında yerləşən Şeyx Əbdüləzim türbəsində aşkar edilib.

 İran hökmdarı Rza şah Pəhləvinin mumiyasının Tehran şəhəri yaxınlığında yerləşən Şeyx Əbdüləzim türbəsində aşkar edilib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, Tehran İslam şurası mədəni irs və turizm komitəsinin sədri Hasan Xəlilabadi bu mumiyanın Rey şəhərində yerləşən türbədə genişləndirmə işlər aparılan zaman tapıldığını bildirib.

Mumiya türbənin qərb hissəsində aşkar olunub. Onun Rza şah Pəhləviyə aid olduğu iddia edilir.

Rza şah Pəhləvi 1925-1941-ci illərdə İranda hökmdarlıq edib. O, pəhləvilər sülaləsinin banisidir. Qacar sülaləsinin son padşahı Əhməd şah Qacarı devirib və Pəhləvilər sülaləsinin hakimiyyətini qurub.

Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində doğulub. Atası Abbas Əli Savadkuhda hərbçi (polkovnik), anası Nüşafarin Zəhra Qafqazlı mühacir olub.

1941-ci ilin avqustunda sovet qoşunları şimal-qərbdən, ingilislər cənubdan İran ərazisinə daxil olub. Həmin il faşist Almaniyası ilə əlaqə saxladığı üçün Rza şah taxtdan salınıb yerinə oğlu Məhəmməd Rza Pəhləvi gətirildi.

O, 1944-cü il iyulun 26-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində ölüb. Ölümündən sonra onun Misirdə mumiyalanaraq Qahirədəki Al-Rifanın məscidində gizlədildiyi, 1950-ci ildə isə Rey şəhərində dəfn olundğu iddia edilir. 1979-cu il fevral inqilabından sonra Rza Şah Mavzoleyi ayətullah Xomeyninin göstərişi ilə dağıdılıb. 


İran şahının mumiyası tapılıb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda eşşək ferması yaradılıb, südü satılır
    Azərbaycanda eşşək ferması yaradılıb və ondan alınan süd açıq-aşkar şəkildə reklam olunaraq, satılır.
     23.10.2018
    Qəbələdə zəlzələ olub
    Xınalıq stansiyasından 17 km cənub-qərbdə Qəbələ ərazisində zəlzələ qeydə alınıb.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ