EURO 2,078 NEFT 68,53
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.04.2017 13:11:47

İran prezidentiliyinə namizədlərdən olan Ayətullah Rəisi universitet müəllimlərilə görüşüb

İslamazeri.com “Farsnews”-a istinadən xəbər verir ki, ölkədə iqtisadi və ictimai problemlərin şahidi olduğunu deyən Ayətullah Rəisi deyib: “İmam Xomeyni və Ayətullah Xameneinin vurğuladığı məsələlərə əməl olunmayıb. Xalqın itimai rifahı, yaşayış məsələləri çox nöqsanlı vəziyyətdədir. Bu problemlər bütün xalqın əl-ələ verməsilə həll ola bilər. İmamın xətti və baxışıyla addımlayan islahatçı və mühafizəkarlar fəal olmaldırlar".

Prezident seçkilərinə əsas iddialı namizədlərdən olan Rəisi ölkədəki əsas dəyişikliyin icra yönündə olmasını bildirərək "Mənim fikrimə görə bu yöndə baş verəcək ilk dəyişiklik icra yönündə olan idarəçilikdə olmalıdır. Biz ölkədə, insanın hörmətini uca tutacaq bir dövlət istəyirik. İslam inqilabı dostları və tərəfdarları ümidsizliyə qapılmamalıdırlar.", -deyə əlavə edib.

Ayətullah Rəisi sözlərinin davamında İslam İnqilabının hədəflərinin hər bir siyasi ideyadan onun üçün üstün olduğunu deyib: "Ölkədə partiya və ya müxtəlif tərəflər deyil, İslam İnqilabının hədəfləri təbliğ olunmalıdır. Bir tələbə və ölkənin əsgəri olaraq mənə bəslənən məhəbbətə görə minnətdaram. Ümid edirəm ki, öz vəzifəmizi tanımaqla, İslam Respublikasının hədəflərini reallaşdırarıq.”


İran prezidentiliyinə ən iddalı namizəd: Bunlara əməl olunmayıb...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
    Ailə qurmaq istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
     22.01.2018
     Xanım Zeynəbin (s.ə) mübarək mövludu Marneulidə qeyd edildi - FOTO
    Xanım Zeynəbin (s.ə) mübarək təvəllüdü münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti tədbir keçirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ