EURO 1,9856 NEFT 48,69
USD 1,7012 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:17.07.2017 10:57:36

İran ədliyyəsinin mətbuat katibi Qulam Hüseyn Muhsini Ejei Bazar günü (dünən - red.) keçirdiyi həftəlik mətbuat konfransında, Prezident Həsən Ruhaninin qardaşı və baş müavinlərindən biri olan Firudin məhkəmə tərəfindən təyin olunan təzminatı ödəməməsi səbəbilə həbsxanaya göndərildiyini bildirib.

İslamazeri.com "Tasnim Xəbər Agentliyi"nə istinadən verdiyi xəbərə görə, İran Prezidenti Həsən Ruhaninin qardaşı və köməkçisi Hüseyn Firudin maliyyə cinayətləri səbəbiylə həbs olunub.

İran ədliyyəsinin mətbuat katibi Qulam Hüseyn Muhsini Ejei Bazar günü (dünən - red.) keçirdiyi həftəlik mətbuat konfransında, Prezident Həsən Ruhaninin qardaşı və baş müavinlərindən biri olan Firudin məhkəmə tərəfindən təyin olunan təzminatı ödəməməsi səbəbilə həbsxanaya göndərildiyini bildirib.

İrandakı prezident seçkiləri ərəfəsində Həsən Ruhaninin xüsusi müşavirliyini edən qardaşı Hüseyn Firudin qeyri-qanuni işlərə qarışmasına dair xəbərlər mediada yayılmışdı. Yayımlanan bir xəbərdə Hüseyn Firudin Əhmədinejadın prezidentliyi zamanı valyuta bürosu açdığı və iqtisadi böhran zamanı məzənnə dalğalanmaları və iqtisadi sanksiyalar sayəsində sərvət sahibi olduğu iddia edilmişdi.

Hüseyn Firudin Prezidentin xüsusi müşaviri kimi Maliyyə və İqtisadiyyat Nazirliklərinin qərarlarına müdaxilə etdiyi iddiasının ardınca isə iqtisadiyyat naziri dinlənmək üçün parlamentə çağırılmışdı.


İran Prezidenti Həsən Ruhaninin qardaşı həbs edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya ordusu İraq sərhədi üzərində nəzarəti geri qaytarır
    Rusiya Silahlı Qüvvələrinin nümayəndəsi Suriya ordusunun uğurları barədə məlumat verib.
     24.07.2017
    İsrail: Müsəlmanlar arasında müharibə ən böyük strategiyadır ki...
    İsrailin silahlı qüvvələrinin başçısı müsəlmanarın daxili savaşlarından söz açıb.
     24.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ