1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:27.07.2020 10:51:06

İran İslam Respublikasının Prezident Administrasiyasının başçısı dünən gecə Azərbaycan Respublikası prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev ilə danışıb

İran İslam Respublikasının Prezident Administrasiyasının başçısı dünən gecə Azərbaycan Respublikası prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev ilə telefon söhbətində iki ölkə əlaqələri və əməkdaşlıqlarının müxtəlif sahələrdə genişlənməkdə olduğunu bildirərək, bunu müsbət dəyərləndirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir, Mahmud Vaezi bu telefon danışığında İran-Azərbaycan Respublikası həmkarlıqlarını region ölkələri arasında konstruktiv münasibətlər üçün müsbət bir nümunə adlandıraraq deyib: “İran İslam Respublikası daim dost və qonşu ölkə kimi Azərbaycan Respublikasının xalqı və hökumətinin yanında durub və bu ölkə ilə əlaqələrin genişlənməsinə əhəmiyyət verir.”

Vaezi həmçinin bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına dəstək İran İslam Respublikasının rəsmi mövqeyidir. O, deyib ki, bölgədə gərginlik heç bir ökənin xeyrinə olmayıb və olmayacaqdır.

İranın Azərbaycan Respublikası xüsusiyyət təşkil etməklə bütün ölkələrin inkişafı, tərəqqisi və sabitlyini istədiyini vurğulayan Vaezi bildirib ki, bölgədə mövcud olan münaqişələr dialoq və dinc həll yolları ilə çözüləcəkdir.

Hikmət Hacıyev də bu telefon söhbətində İran və Azərbaycan Respublikası rəsmilərinin qarşılıqlı münasibətlərin hərtərəfli surətdə genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində göstərdikləri səy və ciddi-cəhdi yüksək qiymətləndirib. Hacıyev qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün iki ölkə rəsmilərinin əlaqə və məşvərətlərinin artması üzrə səylərin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası prezidentinin xarici siyasət üzrə müşaviri həmçinin ölkələrin suverenliklərinə hörmət və beynəlxalq münaqişələr barədəki açıq-aşkar mövqelərinə görə, İrana təşəkkür edib. Bildirib ki, İran bölgədə nüfuza malik olan son dərəcə mühüm bir ölkə kimi regional məsələ və münaqişələrin həllində olduqca mühüm rol oynayır.


İran PA: Azərbaycan xalqı və hökumətinin yanındayıq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda əcnəbi seriallara qoyulan qadağa ləğv olundu, lakin şərti var...
    Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
     13.08.2020
    Ruhani Ərəb ölkələrinə: Biz olmasaydıq Səddam sizi yeyərdi
    Ruhani Fars körfəzi Əməkdaşlıq Şurasının İrana qarşı silah embarqosunun uzadılması istəyinə cavab verib
     13.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ