1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.02.2018 08:02:57

İran İslam Respublikası yeni balistik raketini nümayiş etdirib

İslamazeri.com-un "Fars"-a istinadən verdiyi xəbərə əsasən, İran bazar günü "Qədr" adlı yeni ballistik raketin təqdimatını keçirib.
2 min km uçuş mənzilinə sahib mayeyanacaqlı raket paytaxt Tehranda İslam İnqilabının 39-cu ildönümünə həsr edilmiş tədbirlər zamanı ictimaiyyətə təqdim edilib. Raket, müxtəlif hədəflərin vurulması üçün bölünəbilən başlıq hissəsi ilə də təchiz edilə bilər. Raket həm səyyar buraxıcı qurğudan, həm də buraxıcı şaxtadan buraxıla bilər. Raket, hərəkətini radarlardan gizlədən bilən sistemlə də təchiz edilib.
Tədbirlər zamanı həmçinin "Fəcr-5" yaxınmənzilli raketin yeni modifikasiyası və "Tufan 2-M" tankəleyhinə idarəedilən raket də təqdim edilib.
Bundan başqa, "Fateh" sinfindən olan sualtı qayığın modeli də nümayiş etdirilib. Həmin qayıq hazırda sonuncu sınaq mərhələsindədir və bundan sonra silahlanmaya götürüləcək.
Qeyd edək ki, ölkənin hər yerində keçirilmiş sözügedən tədbirlərdə milyonlarla insan iştirak edib.


İran özünün yeni ballistik raketini göstərdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ