EURO 1,9839 NEFT 49,39
USD 1,7012 RUB 0,0284
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.03.2017 12:37:58

"Tankımız dünyadakı ən müasir tanklarla yarışa girmək qabiliyyətindədir."

İslamazeri.az-ın “Fars” agentliyinə istinadən verdiyi xəbərə əsasən, İran Silahlı Qüvvələri şənbə günü öz istehsalları olan “Kərrar” adlı ən yeni tankı nümayiş etdirib və onun seriyalı istehsalına başlayıblar.

İran hərbçiləri hazırladıqları tankı imkanlarına görə ən azı Rusiya istehsalı olan T-90 tankına oxşar adlandırıblar.

Tank dünyadakı ən inkişaf etmiş bütün tanklarla 3 əsas sahədə - güc, dəqiqlik və mobillik sahəsində, həmçinin də döyüş meydanındakı etibarlılıq və qulluq etmə sahəsində də yarışa bilər.”, - deyə təqdim etmə mərasimidə çıxış etmiş İranın müdafiə naziri Hüseyn Dehqan bildirib.

O qeyd edib ki, tank buraxılmış raketləri dəqiqliklə hədəfə yönəldə bilmək, həmçinin də yarğan və çayları keçmək və hətta su altında da hərəkət etmək qabiliyyətindədir.

Dehqan əlavə edib ki, istehsalçılar “Kərrar”-ı sındırılmaya dayanıqlı kommunikasiya və naviqasiya sistemləri ilə də təchiz edib. Tankın zirehi isə müxtəlif tankəleyhinə silahların zərbələrinə tab gətirə bilir.


İran öz istehsal etdiyi ən son tankı nümayiş etdirdi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səud kralı dəvə “kəndi” yaradır
    Səudiyyə kralı yeni fərman imzalayıb.
     25.07.2017
    Azərbaycanda 8 müəssisə açılacaq
    Azərbaycanda 8 xalça müəssisəsinin tikintisi bu il başa çatdırılacaq.
     25.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ