EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.06.2019 09:39:07

“ABŞ nüvə sazişindən çıxmaqla öz düşmənliyini daha da artırıb”

İslamazeri.com-un “Tasnim”-ə istinadən verdiyi xəbərə əsasən, İran Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının (BQ) rəisi diviziya generalı Məhhəməd Baqeri bəyan edib ki, “ABŞ nüvə sazişindən çıxmaqla öz düşmənliyini daha da artırıb”.

Lakin, yenə də, İran bu cür şəraitdə məsləhətləşdi və tam bir il gözlədi ki, düşmən əvvəlki kursa geri dönsün. Amma dünya düşmənin vəfasızlığına əmin olduqda, biz öz nüvə öhdəliklərimizdən bəzilərini azaltmaq qərarına gəldik, baxmayaraq ki, bu da bir az gec oldu”.

Düşmən İran xalqına təzyiq strategiyasına başladı, lakin sözdə dialoq və qarşılıqlı anlaşmadan dəm vurur. İranla müharibə zamanı Səddam da bu üsuldan istifadə edirdi. O, bir tərəfdən cəbhələrdə kimyəvi silahdan istifadə edir və şəhərlərimizi bombalayırdı, digər tərəfdən isə, beynəlxalq təşkilatlarda sülhdən dəm vururdu”, - deyə o qeyd edib.

ABŞ bir həftədən bir İran xalqına qarşı əlavə sanksiyalar tətbiq edir və deyir ki, İrana qarşı bu cür təzyiq ABŞ tarixində misilsizdir. Belə bir şəraitdə onların qarşılıqlı anlaşmaya dair təkliflərinin səmimiyyətinə kim inana bilər?”, - deyə o əlavə edib.

Bununla yanaşı, düşmən bu kursu dəyişmək üçün istənilən faydasız hərəkətlərə əl atır. Buna misal Oman körfəzi və Hind okeanında neft tankerlərinə qarşı gülməli hərəkətlərdir. Onlar bu yolla bütün dünya və regionu inandırmağa çalışırlar ki, İran öz təhdidlərini həyata keçirir”, - deyə o qeyd edib.

İran İslam Respublikası elə bir mərk ölkədir ki, əgər biz Hörmüz boğazının məhdudlaşdırılması haqda qərar qəbul edərsək, heç bir kater və ya tanker boğazdan keçə bilməyəcək. Bizim, açıq şəkildə öz hərəkətlərimizə görə məsuliyyəti öz üzərimizə götürmək və onların nəticələrini qəbul etmək üçün lazımi cəsarətimiz var!”, - deyə o, sonda bildirib.


İran meydan oxudu: Əgər istəsək, bir addım belə atıla bilməz!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzindən siyasi və dini liderlərə müraciət
    Qafqaz Müsəlmanları İdarəsi nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.
     23.08.2019
    QMİ sədri Çeçenistana gedib
    Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ