EURO 2,0067 NEFT 74,29
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:07.05.2018 21:05:52

Hizbullah parlament seçkilərdə Səəd Həriri üzərində ciddi qələbə qazanıb

Mayın 6-da Livanda keçirilən seçkilərdə İranın dəstəklədiyi Hizbullah hərəkatı və siyasi müttəfiqləri qələbə qazanıb. İlkin məlumatlara əsasən Hizbullahın liderlik etdiyi “8 mart koalisiyası” 50 mandat qazanıb. Onun rəqibi, hazırkı baş nazir Səəd Həririnin liderlik etdiyi əl-Mustəqbəl Partiyası və “14 mart koalisiyası” 35 mandat qazanıb. Yerdə qalan yerləri isə Mişel Aun (xristuan-maurini-K.R.) və druzların lideri sosialist Vəlid Canbolat 10 mandat qazanıb.

Qeyd edək ki, Livanda sonuncu dəfə parlament seçkiləri 9 il əvvəl – 2009-cu ildə keçirilib və hazırkı baş nazir Səəd Həriri qalib gəlib. 5 milyona yaxın əhalisi olan Livanda 3,7 milyon seçici var. Bu seçkilərdə görünür müharibənin də təsiri ilə cəmisi 49 faiz əhali iştirak edib.

Hizbullah seçkilərin şəksiz qalibi olub. Ciddi xarici təzyiqlərə baxmayaraq Suriyada göstərdiyi fəaliyyət, eləcə də ölkə daxili məsələlərdə bölücülüyə getməməsi səbəbindən təşkilat nüfuzunu daha da artırıb. Bu seçkilərdə 13 namizəd irəli sürən Hizbullahın bütün namizədləri qalib gəlib. Hətta Beyrutun qərbində Hizbullahın təmsilçisi hazırkı baş nazirdən daha çox səs alıb.

КарÑ‚инки по запросу lebanon 6 may elections

Səəd Hariri

Livan dünyada ilk və tayı bərabəri olmayan bir seçki sisteminə malikdir. Ölkədə qanunlara əsasən prezident xristian-maruni, baş nazir sünni müsəlman, məclis sədri isə şiə müsəlman olmalıdır. Bundan başqa 128 mandatlıq parlamentdə deputat yerlərinin tən yarısı xristianlara, qalan yarısı, yəni 64 mandat isə müsəlmanlara verilir. Müsəlmanlara düşən 64 mandatın 28-i şiələrə, 28- sünnilərə, 7-si druzlara, 1-i isə ələvilərə verilib.

Nəzərə çatdıraq ki, seçkilərdə 86-sı qadın olmaqla 583 namizəd iştirak edib. Son nəticələrə əsasən Hizbullah və müttəfiqləri 50, o cümlədən onların xristian müttəfiqləri olan Mişel Aun isə 20 mandat qazanmaqla faktiki olaraq 128 mandatlı parlamentdə 70 yeri əldə etmiş olur. Bu isə o deməkdir ki, yeni hökumət Hizbullah koalisiyası tərəfindən formalaşdırılacaq. Təbii ki, bu, mövcud sistemi dəyişməyəcək. Yəni baş nazir 8 mart koalisiyasından olan sünni siyasətçilərdən biri olacaq.

İsrail isə 6 may seçkilərinin nəticələrinə sərt reaksiya verib. İsrailin təhsili naziri Naftali Bennet sosial şəbəkələrdə “Hizbullah=Livan” yazıb. Bununla da artıq Hizbullahın Livanda siyasi hakimiyyəti ələ keçirdiyinə işarə edib. eyni zamanda Naftali Bennet yazıb ki, “İsrail dövləti suveren Livan dövləti ilə Hizbullah arasında fərq qoymayacaq, o torpaqlardan gələn hər hansı fəaliyyətə görə Livan məsuliyyət daşıyır”.

КарÑ‚инки по запросу lebanon 6 may elections israel

Naftali Bennet

Yeri gəlmişkən, Livanın hazırkı prezidenti Mişel Aun Hizbullahla müttəfiq münasibətlərinə malikdir. Sonuncu seçkilərin nəticəsi onu göstərir ki, Livanda artıq prezident və hökumət arasında böhran aradan qalxacaq. Çünki buna qədər ötən illərdə Livanda hökumət və prezident arasında ciddi böhran yaşanırdı. Baş nazir Səəd Həriri ilə prezident Aun arasında fikri ayrılıqları bir neçə dəfə siyasi böhrana səbəb olur. Ən son ötən ilin noyabrında Səudiyyə Ərəbistanına səfər edən baş nazir Həriri burada istefa verdiyini bəyan etdi. Prezident Aun isə baş nazirin gəlib Livanda istefa verməli və istefasını prezidentə təqdim etməli olduğunu bəyan etdi. Yalnız sonradan Fransa prezidentinin işə qarışmasından sonra Həriri Səudiyyə Ərəbistanını tərk edərək əvvəl Parisə, oradan da Beyruta gələrək baş nazir kimi fəaliyyətini davam etdirir. İndi isə artıq hökumət və prezident institutu arasında koordinasiya həllini tapacaq.

Lakin heç şübhəsiz ki, seçkilərin nəticəsi regionda davam edən İran-Səudiyyə mübarizəsinin təzahürüdür.

КарÑ‚инки по запросу lebanon iran saudi arabia

Livan kiçik ölkə olsa da, uzun illərdir bu ölkə regionun böyük dövlətlərinin güc rəqabəti mərkəzidir. İran Livanda şiə Hizbullahı dəstəkləyir. Səudiyyə Ərəbistanı isə hazırkı baş nazirin atası Rəfiq Həririni dəstəkləyib, Həriri 2005-ci ildə müəmmalı şəkildə sui-qəsdə məruz qalaraq öldükdən sonra oğlu Səəd Həriri baş nazir seçilib. Ancaq rəqabət bundan sonra da davam edib.

Ərəbistan Hizbullahı siyasi səhnədən çıxarmaq və tərki-silah etmək istəyir. Ancaq İran Hizbullaha ciddi şəkildə maliyyə və silah yardımı edir. Suriya müharibəsi İran və Hizbullaha ciddi problem yaratsa da, Livanın nüfuzlu hərbi-siyasi təşkilatı Suriyada uğurla fəaliyyət göstərib. İndi isə Hizbullah faktiki olaraq siyasi təşkilat kimi özünü təsdiqləyib və siyasi hakimiyyətini möhkəmləndirib. İsrailin qarşısında ya situasiya ilə barışmaq, ya da Livanda siyasi qalmaqal yaratmaq kimi seçim var.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”


İran Livanda Səudiyyəyə qalib gəldi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Usama bin Ladenin şəxsi sürücüsü Əbu Süfyan əsir götürüldü - FOTO
    Usama bin Ladenin şəxsi sürücüsü tutulub.
     18.06.2018
    Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyan sakinləri ilə görüşüb
    Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Salyan sakinləri ilə görüşüb
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ